Quba rayonunda intihar faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Namiq Abdullayev özünü asaraq intihar edib.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.