Sabirabad sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1997-ci il təvəllüdlü Eyvazov Müstəqil Varis oğlu Sabirabad xəstəxanasına daxil olub. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyata götürülüb və daha sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.