Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Salyan sakinindən xeyli miqdarda narkotik vasitə aşkar edilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Cinayət Axtarış Şöbəsinin və 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Salyan rayon sakini 1992-ci il təvəllüdlü Bəxtiyar Mahmudovdan 1 kiloqramdan artıq marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.