Salyanda 11 yaşlı uşağı it qapıb

Salyanda 11 yaşlı uşağı it qapıb
# 30 avqust 2015 13:44 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda 11 yaşlı uşağı it qapıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə,  hadisə bu gün səhər saatlarında Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

 

Həmin  kəndin sakini, 2004-cü il təvəllüdlü Süleymanov Şükür Nəcəf oğlunu  it qapıb. O, baş nahiyəsindən olan xəsarətlə  Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR