Salyan. Əlibəy Zeynallı-APA. Salyanda çayda boğulan yeniyetmənin meyiti sudan çıxarılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyanda Akkuşa çayına düşərək boğulan 15 yaşlı Alxas Sadiq oğlu Mirməmmədovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Sularda xilasetmə xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.