Bakı – APA. Yanvarın 1-də Bakı şəhəri Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı evdə 1 azyaşlı uşaq yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.