Şəmkir. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə yolun 409-cu kilometrliyində, Şəmkir rayonun Dəllər Cəyir qəsəbəsi ərazisində qeydə alınıb. “KamAZ” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində minik maşınının sürücüsü, 1954-cü il təvəllüdlü Abbas İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardIm göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.