Tovuz rayonunda azyaşlını avtomobil vurub.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Dönük Qırıq kəndində baş verib. 2013-cü il təvəllüdlü Musayev Əhməd Nicat oğlu yola qaçarkən maşın onu vurub.
Xəsarət alan azyaşlı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.