APA-nın xəbərinə görə, İstanbul 21-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə T.Özkan 1 994 gündən sonra azadlığa çıxıb. O, 2008-ci ilin sentyabrında həbs edilmişdi.
T.Özkanla birlikdə Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki Ləvənt Göktaş və Türkiyədə mafioz kimi tanınan tanınmış iş adamı Sədat Peker də azad edilib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi xüsusi səlahiyyətli məhkəmələri ləğv edib. Cinayət Məcəlləsinə dəyişiklik edilərək məhkəmə hökmü olmadan bir şəxsin ən uzağı 5 il həbsdə qala biləcəyi qərarlaşdırılıb. Əvvəl bu müddət 10 il olub. Məhkəmə T.Özkan və digər şəxslərin məhkəmə hökmü olmadan 5 ildən çox həbsdə saxlanılmalarını və kasasiya prosedurasının davam etdiyini, məhkəmə hökmünün hələ qüvvəyə minmədiyini nəzərə alaraq onları sərbəst buraxıb.
Onu da əlavə edək ki, hazırda Türkiyə hökuməti xüsusi səlahiyyətli məhkəmələrin çıxardığı qərarları qanunsuz sayır. Hökumət bu məhkəmələrin nurçuların nəzarətində olduğunu və verilən qərarların ədalətsiz olduğunu bildirir.
Türkiyənin tanınmış jurnalisti Tuncay Özkan azadlığa buraxılıb
10 mart 2014 14:41 (UTC +04:00)
Hadisə
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
18:58
19 may 2024
Ağsuda yol çöküb, avtomobillərin hərəkətində problem yaranıb
16:12
19 may 2024
Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
16:00
19 may 2024
Xətaidə yaşayış binasının dam örtüyündə yanğın olub
15:18
19 may 2024