Bu gün səhər saatlarında Xaçmaz rayonunda yaşayış evində yanğın baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Niyazoba kənd sakini, 1966-cı il təvəllüdlü Kamalov Cərulla Nərullah oğluna məxsus ümumi sahəsi 85 kvadrat metr olan birmərtəbəli 3 otaqlı yaşayış evinin bir otağının yanar konstruksiyaları 15 kvadratmetri və dam hissəsinin 30 kvadratmetri yanıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.