Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-sı saat 22 radələrində Xızı rayonu Giləzi qəsəbəsinin ərazisində qəsəbə sakini Seydəli Mustafayev “Niva” markalı avtomobili idarə edərkən onu aşırıb. Sürücü hadisə yerində dünyasını dəyişib, xəsarət almış sərnişinləri - Şurabad kənd sakinləri Vidadi Quliyev və Ramil Həmzəyev xəstəxanaya yerləşdirilib.