Bank Of Baku

Xətai rayonunda anbar və sexdə yanğın olub

Xətai rayonunda anbar və sexdə yanğın olub
# 23 yanvar 2025 18:55 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan bir dam altında tikilən birmərtəbəli tikilinin (anbar, sex və transformator otağı) sahəsi 110 m² gigiyenik məhsulların süzülməsi sexində 2 ədəd aparat və aparatlara quraşdırılan, həcmi 400 litr və 200 litr çənlərdə olan tibbi spirt yanıb.

Yüksək temperaturdan 2 ədəd aparatın üzlük hissəsi, sexin lambirdən ibarət tavanı 100 m² sahədə və 1 ədəd kondisioner əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR