Bank Of Baku

Xızıda şəhid xanımı qaynı tərəfindən öldürülüb

Xızıda şəhid xanımı qaynı tərəfindən öldürülüb
# 13 may 2023 18:51 (UTC +04:00)

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Xızı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

İbtidai istintaq davam edir.

APA-nın əldə etdiyi məlumata görə, Ləman Qurbanova sentyabr hadisələrində şəhid olmuş Saleh Qurbanovun həyat yoldaşıdır. Taleh Qurbanov isə onun qaynıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR