İşğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə rayonun Böyük Tağlar kəndi ərazisindəki stasionar postda “Mersedes” markalı avtomobil saxlanılıb.
Yoxlamalar zamanı avtomobilin sürücüsü Ağdaş rayon sakini Dilən Kazımovun işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün müvafiq icazəsi olsa da, avtomobildə olan digər şəxs Bərdə rayon sakini Bəhruz Əliyevin isə müvafiq icazəsinin olmadığı müəyyən edilib.
Avtomobilə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən, mühərrik hissəsindən və salonundan 80 kiloqrama yaxın müxtəlif metal məmulatları aşkar olunub.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.
Xocavənddə azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxs saxlanılıb - FOTO - VİDEO
© APA | Xocavənddə azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxs
21 noyabr 2021 12:42 (UTC +04:00)
Hadisə
Naxçıvanın sabiq komitə sədrinin məhkəməsi başlayır
15:55
6 may 2024
Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb
15:53
6 may 2024
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
15:24
6 may 2024
Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib, 3 min manatlıq motosiklet oğurlanıb - VİDEO
14:43
6 may 2024