Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib. Belə ki, ermənilərin ataraq qaçdığı 2 “Strela-3” daşınan zenit-raket kompleksi, 2 “Foqot”, 1 “AQS-17” qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Xocavənddə düşmənin tərk etdiyi mövqelərdə silah-sursat aşkarlanıb - FOTO
© APA | Xocavənddə aşkarlanan silah-sursat
20 oktyabr 2021 10:41 (UTC +04:00)
Hadisə
Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
07:18
6 may 2024
Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO - YENİLƏNİB - VİDEO
02:58
6 may 2024
Şəkidə qəza zamanı piyada ölüb
01:06
6 may 2024
Bakıda küçədə dava olub, gənc oğlan bıçaqlanıb
22:00
5 may 2024