Bank Of Baku

Yataqxanada yanğında 30 sakin təxliyə edilib, 3 nəfər xilas olunub

İlqar Nəsibov

© APA | İlqar Nəsibov

# 15 yanvar 2026 16:18 (UTC +04:00)

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinə aid, keçmiş məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğın baş verib. Yanğın nəticəsində binanın ll, lll, lV, V mərtəbələrinin eyvanında yanan konstruksiyalar və 16 kvadratmetr sahədə otaq yanıb. 30 nəfər bina sakini təxliyə edilib, 3 nəfər xilas olunub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.

“Hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi məlum deyil. Səbəb barədə araşdırmadan sonra məlumat veriləcək”, qərargah rəisi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR