Qaxda ana və oğlu yol qəzasına düşüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 07 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun ərazisindən keçən 104-cü km-də baş verib.
1992-ci il təvəllüdlü Zaqatala rayonunun Bəhmətli kəndin sakini Əliyev Qabil Kamil oğlu idarə etdiyi “VAZ-21060” markalı “34 BE 030” dövlət qeydiyyat nişanlı avtomobillə Şəkidən Zaqatalaya hərəkət edərkən idarəertməni itirib və avtomobili çökəkliyə salıb.
Qəza nəticədə sürücünün anası, 1963-cü il təvəllüdlü Əliyeva Rübabə Seyfəddin qızı xəsarət alaraq Zaqatala RMX-na müraciət edib.
Faktla bağlı araşdırma aparılır.