Zaqatalada 4 yaşlı uşağı motosiklet vurub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində rayonun Danaçı kəndi ərazisində baş verib.
Danaçı kənd sakini 2020-ci il təvəllüdlü Emilya Rəsul qızı İsayevanı motosklet vurub.
Azyaşlı, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korposuna yerləşdirlib. E. İsayevanın xəsarətinin yüngül olduğu bildirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.