Zaqatalada aşpaz yanıq xəsarətləri alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala rayonun fəaliyyət göstərən şadlıq evlərinindən birində baş verib. Şadıq evində azpaz işləyən Qax rayonu Tasmalı kənd sakini, 1977-ci il təvəllüdlü Asəf Nizam oğlu Orucovun üzərinə iş vaxtı qaynar yağ dağılıb. Hadisə nəticəsində A. Orucov hər iki yuxarı ətrafın, qarın və kürək nahiyəsindən yanıq xəsarətləri alıb. A.Orucov Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.