Zaqatala rayonunun Muxax kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) 20.08.2026-ci il tarixində saat 13:00 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, bədənin müxtəlif nahiyələrinin diaqnozları dəyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri stabil qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər isə (kişi) ambulator müalicə üçün evə buraxılıb.
***
14:04
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəində baş verib.
Hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı iki minik avtomobili toquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirlir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.