Paşha Bank
Bank Of Baku

Sabah yağıntı tədricən kəsiləcək - PROQNOZ

Sabah yağıntı tədricən kəsiləcək - PROQNOZ
# 03 oktyabr 2026 12:33 (UTC +04:00)

Sabah Azərbaycanda hava necə olacaq?

Oktyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 04-ü gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda 0-5° isti, gündüz 6-10° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR