Bank Of Baku

Sabahın hava proqnozu - VİDEO

Sabahın hava proqnozu - VİDEO
# 09 mart 2022 12:38 (UTC +04:00)

Martın 10-a gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR