Bank Of Baku

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
# 08 noyabr 2026 19:00 (UTC +04:00)

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayış məntəqələrində qar yağması müşahidə olunur.

Rayonun dağ kəndlərində qar örtüyünün qalınlığı 10 santimetrə çatıb.

Yağıntı avtomobillərin hərəkətində və kəndlərin kommunal təsərrüfatında hər hansı problem yaratmayıb.

Gədəbəy rayonunun ucqar dağ kəndlərində də qar yağması davam edir. Yağıntının gecə saatlarınadək davam edəcəyi təqdirdə qar örtüyünün qalınlığının 15 santimetrə çatacağı gözlənilir.

Rayon ərazisində elektrik enerjisi, rabitə və təbii qaz təchizatında, eləcə də yol infrastrukturunda hər hansı problem qeydə alınmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR