Yavər Camalov: “Azərbaycan dünyada ən böyük - 23 və 30 mm çaplı snayperlərin istehsalını planlaşdırır” - MÜSAHİBƏ
- Mən rəhbərlik etdiyim qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı onu deyə bilərəm ki, keçən 4 ildə Azərbaycanda müdafiə sənayesi qurulub. Dövlət başçısının şəxsi diqqəti və qayğısı sahəsində ötən dövrdə bir sıra müəssisələr yenidən qurulub, müasir avadanlıqlarla təmin olunaraq istifadəyə verilib. Aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə 20-dən artıq ölkənin 60-dək firması ilə əməkdaşlıq yaradılıb. Müəssisələrdəki köhnə avadanlıqlar yenilənib, yüzlərlə yeni dəzgah alınıb. Həmçinin hesabat dövründə 21 obyektdə əsaslı tikinti aparılıb və yenidən qurulub. Beynəlxalq təcrübədə belə bir hal olmayıb ki, hərbi sənaye kompleksi 4 il ərzində yaradılsın və xaricdə keçirilən sərgilərdə iştirak etsin. Qısa zamanda istehsal etdiyimiz 27 adda müdafiə təyinatlı məhsulları, atcı silah, güllələr, aviasiya bombaları və hərbi texnikanı cari ilin aprel ayında İstanbulda keçirilən İDEF sərgisində nümayiş etdirdik. Dediyim kimi, qısa zaman kəsiyində yaratdığımız və istehsal etdiyimiz bu məhsullara hətta inkişaf etmiş ölkələrdən də böyük maraq oldu. Artıq həmin ölkələrlə alqı-satqı danışıqları aparılır. Türkiyənin bir şirkəti ilə danışıqlar yekunlaşıb və müqavilə bağlanıb. Müqaviləyə əsasən biz həmin şirkətə 30 milyon ədəd 7,62 mm çaplı döyüş sursatı satacağıq.
- Növbəti illər üçün planlarınız nədən ibarətdir?
- Ümumiyyətlə, 2010-cu ildə 12 istehsal sahəsinin yenidən qurulması və təmir işlərinin aparılması, həmçinin, həmin sahələrdə inkişaf etmiş ölkələrdən 8 adda müdafiə təyinatlı məhsulların istehsalı üçün müasir texnologiyaların alınıb gətirilməsi nəzərdə tutulur. Bundan əlavə, gələn ilin ikinci yarısında əlavə 5-6 adda məhsulun istehsalı üçün yeni texnologiyanın alınıb gətirilməsi barədə də danışıqlar aparırıq.
- Müdafiə sənayesi bu gün qeyri-neft sektorunda hansı çəkiyə malikdir? Yaxın illər üçün bu sektorda hansı səviyyədə artım gözlənilir?
- Onu deyə bilərəm ki, qeyri-neft sektorunda müdafiə sənayesinin çəkisi ilbəil artmaqdadır. Yaxın gələcəkdə bu sahədə böyük irəlləyişlər gözlənilir. İndidən bu istehsalın artım tempi barədə rəqəm səsləndirmək tezdir. Amma mühüm irəlləyişlərin olacağını və sanballı çəkiyə çatacağını deyə bilərəm.
- Bu il Cənubi Afrika Respublikasının (CAR) «Paramount Group» şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni texnikaların istehsalına başlanıb. Bu şirkətlə əməkdaşlığın perspektivdə davamı olacaqmı?
- «Paramount Group» şirkəti ilə hazırda əlaqələrimiz yüksək səviyyədədir. Həmin şirkətlə müştərək olaraq Bakıda 30 ədəd minaya davamlı matador və marauder tipli döyüş maşınının seriya ilə istehsalına başlanıb. Gələn ilin birinci yarısında bu maşınlar Müdafiə Nazirliyinə təhvil veriləcək. Hesab edirəm ki, əməkdaşlığımız gələcəkdə də davam etdiriləcək.
- Sovetlər dönəmində hazırda MSN-in tabeçiliyində olan «İqlim» və «Aviaaqreqat» zavodları aviasiya sənayesi üçün mühüm hissələr istehsal edib. Bu gün Azərbaycanın özünün bu imkanlarından istifadə edirmi? Ümumiyyətlə, bu müəssisələrin bazasında gələcəkdə hərbi təyyarələrin və vertolyotların istehsalının həyata keçirilməsi planlaşdırılırmı?
- Hazırda adını çəkdiyiniz bu müəssisələrdə Azərbaycan aviasiyası üçün ehtiyat hissələr istehsal olunur. Perspektivdə istifadə cəhətdən səmərəli olarsa, bu tip layihələrin də həyata keçirilməsi mümkündür. Biz eyni zamanda pilotsuz uçan aparatların istehsalı sahəsində də işlərə başlamışıq. Hesab edirəm ki bu layihə 2010-cu ildə reallaşacaq.
- Bu yaxınlarda Bakı yaxınlığında gəmiqayırma zavodunun tikintisinə dair Azərbaycan hökuməti ilə Sinqapur şirkəti arasında memorandum imzalandı. Azərbaycanın müdafiə sənayesi müəssisələrində istehsal edilən bəzi naviqasiya sistemlərindən bu zavodda inşa edilən gəmilərin tikintisində istifadə olunacaqmı?
- Bizim bəzi müəssisələrimizdə naviqasiya sistemləri istehsal edilir. Bu sahədə kifayət qədər təcrübəmiz və potensialımız var. Həmin şirkət əsasən mülki təyinatlı gəmilərin istehsalı ilə məşğul olacaq. Əgər hərbi təyinatlı gəmilərin istehsalı nəzərdə tutularsa, yəqin ki biz də o layihələrdə iştirak edəcəyik.
- İDEF sərgisində nümayiş etdirilən «İstiqlal» snayper tüfəngi diqqəti cəlb etdi. Azərbaycanın ilk milli atıcı silahı sayılan bu snayperin modernləşdirilməsi, eləcə də yeni atıcı silahların istehsalı planlarınızda varmı?
- Bizim İDEF sərgisində nümayiş etdirdiyimiz «İstiqlal» snayperi 14,5 mm çaplıdır. Hazırda həmin silahın bazasında İST 12,7, yəni 12,7 mm çaplı yeni modelin istehsalına başlamışıq. 2010 - 2011 –ci illərdə 23 və 30 mm çalı snayperlərin yaradılması və istehsalı planlaşdırılır. Bunlar sırf milli məhsul olacaq və yerli mütəxəssislər tərəfindən işləniləcək. Qeyd etmək istəyirəm ki, artıq «İnam», «Zəfər», «Zəfər-K» kimi NATO standartlarına cavab verən tapança modellərinin, həmçinin optik nişangahların, ov tüfəngləri üçün patronların istehsalına başlamışıq.
- Bəzi məlumatlar var idi ki, vaxtı ilə Sovet Ordusundan qalma, Azərbaycan Ordusunun inventarından çıxarılmış PDM və T-55 tanklarının bazasında, onların şassiləri üzərində yeni texnikaların yaradılması layihəsi üzərində işlənir. Bununla bağlı məlumat verərdiniz...
- Sovet Ordusundan qalma hərbi texnikaların modernizasiyasına və onların bazalarında yeni texnikaların istehsalına başlamışıq. Artıq Azərbaycanın bir sıra hərbi qurumları bizə 5 adda hərbi texnika verib. Hazırda həmin zirehli maşınların müasir tələblərə uyğun modernləşdirilməsi işləri aparılır.
Hərbi
Bakıda Zəfər Günündə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib - FOTO
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edib
Xəbər Lenti
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Tovuzda iki avtomobil toqquşub, onlardan biri divara çırpılıb