Bank Of Baku

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib - FOTO

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib - FOTO
# 27 avqust 2026 14:47 (UTC +04:00)

Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü" keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Tədbirin sonunda nümayəndə heyətlərinin iştirakı ilə xatirə fotosu çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR