Bank Of Baku

Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

Prezident İlham Əliyev və Moldova Respublikasının Prezidenti Maya Sandu

© APA | Prezident İlham Əliyev və Moldova Respublikasının Prezidenti Maya Sandu

# 27 avqust 2026 11:23 (UTC +04:00)

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident,

Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.

Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR