Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Qəbələdə dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Qəbələdə dəfn olunub - YENİLƏNİB
# 07 may 2024 16:06 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Asim Nadir oğlu Səfərovun qalıqları Qəbələdə torpağa tapşırılıb.

APA xəbər verir ki, şəhid Asim Səfərovun qalıqları Qəmərvan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində rayon ictimayyətinin nümayəndələri, hərbçilər, şəhidin yaxınları, Qəbələ rayon icra hakimiyyətinin başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

***

15.39

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhidlə Qəbələdə vida mərasimi keçirilir.

APA xəbər verir ki, şəhid Səfərov Asim Nadir oğlunun qalıqları ailəsinə təhvil verilib. Asim Səfərovun anadan olduğu Qəmərvan kəndində keçirilən vida mərasmində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhidin qalıqları Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Səfərov Asim Nadir oğlunun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR