Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları İsmayıllıda dəfn olunub - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları İsmayıllıda dəfn olunub - FOTO  - YENİLƏNİB
# 08 may 2024 14:58 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn edilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, şəhidin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb.

Yaylım atəşi açılıb.

***

14.22

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, şəhidlə İsmayıllının Hacıhətəmli kəndindəki evində vida mərasimi keçirilir.
Şəhid Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Ağayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR