Bank Of Baku

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
# 10 iyun 2026 17:59 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən "Slobodişte" Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş abidə önünə əklil dəstəsi qoyaraq dərin hörmət və ehtiramını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR