Şəhid Vüqar Həsənovun 30 il sonra Xocavənddə tapılan qalıqları dəfn olunub - FOTO - YENİLƏNİB

Şəhid Vüqar Həsənovun 30 il sonra Xocavənddə tapılan qalıqları dəfn olunub - FOTO  - YENİLƏNİB
# 07 may 2024 13:40 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Vüqar Həsənovun 30 il sonra Xocavənddə tapılan qalıqları Sabirabadda dəfn olunub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhid Vüqar Həsənovun qalıqları doğulduğu Sabirabad rayonunda, Muğangəncəli kənd qəbristanlığında torpağa tapşırılıb.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tabuta bükülmüş Azərbaycan bayrağını şəhidin atasına təqdim edib.

Qeyd edək ki, Vüqar Həsənov 1973-cü il aprelin 21-də Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. Əvvəlcə Qazaxıstanda həqiqi hərbi xidmətdə olub. Sonra Vətənə dönərək könüllü cəbhəyə yollanıb. Laçının Hoçaz yüksəkliyi uğrunda döyüşlərdə iştirka edib.

Fizuli rayonunun Üçtəpə yüksəkliyində gedən döyüşdə şəhid olub.

Şəhid Vüqar Həsənovun nəşinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

***

13.05

Sabirabadda Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra Xocavənd rayonunda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Vüqar Həsənovla vida mərasimi keçirilir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhid Vüqar Həsənovun qalıqları doğulduğu Sabirabad rayonuna, Muğangəncəli kəndindəki evinə gətirilib.

Vida mərasimində rayon ictimayyətinin nümayəndələri, hərbçilər, şəhidin yaxınları, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və digər rəsmi şəxslər iştirak edirlər. Vida mərasimindən sonra şəhidin qalıqları Muğangəncəli kənd qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Həsənov Vüqar Telman oğlunun nəşinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR