Yaxın gələcəkdə Azərbaycanda “mygov business” platformasının pilot versiyasının istifadəyə verilməsi nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əsas strateji hədəflərdən biri vətəndaşlarla yanaşı, hüquqi şəxslərə də dövlət xidmətlərinin vahid pəncərə prinsipi əsasında təqdim edilməsidir.