Paşha Bank
Bank Of Baku

Azərbaycanda dövlət xidmətlərində agent əsaslı süni intellekt həlləri tətbiq ediləcək

Azərbaycanda dövlət xidmətlərində agent əsaslı süni intellekt həlləri tətbiq ediləcək
# 24 noyabr 2026 10:11 (UTC +04:00)

Azərbaycanda rəqəmsal transformasiyanın növbəti mərhələsində dövlət xidmətlərinin daha proaktiv və agent əsaslı formada həyata keçirilməsi nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı dövlət qurumları ilə imzalanmış yol xəritələri çərçivəsində dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi istiqamətində fəal iş aparılır.

Bu həllər dövlət xidmətlərinin optimallaşdırılmasına, proaktivliyinin artırılmasına və məlumatlara əsaslanan qərarların qəbul edilməsinə xidmət edəcək.

Fərid Osmanov, həmçinin oktyabr ayında innovasiya ekosisteminin genişləndirilməsi istiqamətində geniş qanunvericilik paketinin qəbul edildiyini və onun hazırlanmasında Mərkəzi Bankla sıx əməkdaşlıq olunduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR