AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı “DataRace” platformasının “Apar”ın tərəfdaşlığı ilə keçirilən ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub.
“APA-Economics” xəbər verir ki, “İstifadəçi Rəylərinin Təsnifatı” (User Feedback Classification)mövzusuna həsr olunan yarışda iştirakçılar böyük həcmdə istifadəçi rəylərinin avtomatik təhlili və kateqoriyalaşdırılması üzrə yanaşmalar hazırlayıblar. İlk yarışa ümumilikdə 600-dən çox iştirakçı maraq göstərib.
“DataRace” real sektor çağırışlarını Sİ və data istedadları ilə bir araya gətirərək onların bilik və bacarıqlarının praktiki problemlərin həllinə yönəldilməsi üçün mühit formalaşdırır.