Bank Of Baku

"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirilib - FOTO

"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirilib - FOTO
# 10 iyul 2026 14:09 (UTC +04:00)

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələsi ilə tanış etmək, innovasiya və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf istiqamətləri və proqram çərçivəsində yaradılan perspektivlər ətrafında fikir mübadiləsi aparmaq olub.

Görüş zamanı iştirakçılar Bakcell və Gənclər Fondunun gənclərin innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları barədə ətraflı məlumat əldə ediblər.

Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramı ölkədə dayanıqlı innovasiya mühitinin inkişafını təşviq etməklə yanaşı, texnologiya sahəsində yüksək potensiala malik gənclərin yetişdirilməsinə və gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına dəstək göstərir.

Qeyd edilib ki, təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub. Çoxmərhələli seçim prosesini uğurla tamamlayan 25 gənc təqaüd qazanıblar. Proqram müddətində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə tədris prosesinə cəlb olunacaq, nəzəri bilikləri real təcrübə ilə birləşdirmək imkanı qazanacaq və rəqəmsal transformasiyanın tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi yetişəcəklər.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR