Bank Of Baku

“TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə edilib

“TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə edilib
# 13 iyul 2026 15:12 (UTC +04:00)

“TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə edilib.

APA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacyev “X”də bildirib.

Şuşa Qlobal Media Forumu çərçivəsində “TikTok”un Şərqi Avropa üzrə hökumətlə əlaqələr və ictimai siyasət departamentinin rəhbəri Diana Ryan, “LinkedIn”in Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə dövlət sektoru və qeyri-kommersiya təşkilatları ilə satış departamentinin rəhbəri Seamus Clancy, eləcə də "Dharana Digital" şirkətinin direktoru, süni intellekt və sosial media üzrə təlimçi, tədqiqatçı və müəllif Dr. Karen Sutherland ilə görüş keçirilib.

“Görüşlər zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə məsələləri, uşaqların onlayn mühitdə daha yaxşı qorunmasına yönəlmiş Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi müzakirə olunub, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələr ətrafında fikir mübadiləsi aparılıb”, - Prezidentin köməkçisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR