Azərbaycanın milli serialları nə vaxt çəkiləcək? - ARAŞDIRMA
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan telekanallarında əcnəbi dillərdə proqramların yayımına qadağa qoyulmasının milli film və serial bazarının sürətli inkişafına təkan olacağı gözlənilsə də, proqnozlar özünü doğrultmadı. Azərbaycan tamaşaçılarının çox böyük həvəslə gözlədiyi milli serialların istehsalında hələ də lənglik və passivlik müşahidə olunur. APA-nın apardığı araşdırmalar nəticəsində Azərbaycanda hələ də serial bazarının olmadığı üzə çıxıb. Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevin fikrincə, bu sahənin inkişafı üçün yaradıcı potensial olsa da, pul və sifariş yoxdur: “Serialları telekanallar sifariş edir. Onlar bilirlər ki, nümayiş zamanı yerləşdirilən reklamlar vasitəsilə qoyulan xərci çıxaracaqlar. Məsələn, Rusiyada imkanlı telekanal serial sifariş edir, nümayişdən qoyduğu xərci çıxarandan sonra isə filmi kiçik kanallara satır. Bizdə telekanallar arasında böyük rəqabət və serialları çəkib, sonra istehsala buraxmaq mexanizmi yoxdur, reklam bazarı da çox zəifdir”. Teleserialların kütləvi xarakter daşıdığını deyən H. Mehdiyev bu filmlərin elitar səviyyəyə dəxli olmadığını, amma dünyada belə filmlərə tələbat olduğunu vurğulayıb: “Bizim istəyimizdən asılı olmayaraq, əgər tələbat varsa, onda tamaşaçıya professional səviyyədə, zövqlü əsərlər təqdim olunmalıdır. Məni cəlb edən ssenari olsa, çəkərəm. Çoxseriyalı filmlərin istehsalı üçün bizdə yaxşı aktyor, rejissor, operator var, bircə pul yoxdur. Biz özümüzünkülərə pul vermirik, kənardan gələnlərə isə qızıl dolu sandıq bağışlayırıq”.
Xalq artisti, rejissor Ramiz Həsənoğlu Azərbaycanda professional prodüser mərkəzlərinin yoxluğunu bu prosesi ləngidən əsas səbəb kimi görür: “Prodüser bütün ağırlığın altına girən, yaxşı ssenari, operator, rejissor, aktyor tapan, bazara girə bilən adamdır, bir sözlə istehsalçıdır. Prodüser təkcə aparıcı qüvvə deyil, həm də yaradıcılığın stimuludur”.
“Aqil M. Film” Prodüser Mərkəzinin rəhbəri Aqil M. Quliyev isə prodüser mərkəzlərinin sifariş əsasında işlədiyini və bu prosesin birbaşa Azərbaycan telekanallarının büdcəsindən asılı olduğunu bildirib: “Telekanalların maliyyəsi serial almaq imkanına malik olmayınca, bu sahə bir biznes şəklini almayınca, milli serialların istehsalı baş tutmayacaq. Serial yaradıcılıq deyil, serial ciddi, peşəkar istehsalatdır. Bəziləri bunu klip, tamaşa çəkilişi ilə qarışıq salır. Halbuki serial çəkmək asan iş deyil. Bizim sahədə məktəb ölüb, köhnə aktyor məktəbinin nümayəndələrini, bütün gücümüzü toplamaqla bugünkü vəziyyətdə yalnız bir serial çəkə bilərik. 13 seriyadan artıq film artıq teleserialdır. Ondan az olanlar çoxseriyalı televiziya tamaşasıdır. Ona görə də ən kiçik teleserialın yəni 15 seriyalı filmin çəkilişi üçün minimum 200-250 min manat vəsait tələb olunur. Bundan az büdcə ilə serial çəkilişinə başlamaq olmaz. Milli serialın çəkilməsi ən tez 3 ilə gerçəkləşə bilər”.
Teleseriallar televiziya tamaşaçıları üçün nəzərdə tutulduğuna görə, telekanallarımızda bu istiqamətdə görülən işlərlə maraqlandıq, Azərbaycan teleməkanında bu prosesin ləng inkişafının səbəblərini öyrənməyə çalışdıq. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) aktyor-rejissoru Elçin Cahangirlinin sözlərinə görə, AzTV-də teleserialların istehsalı ilə bağlı ayrıca qurum yaradılıb: “Bizim televiziyada teleserialların çəkilişinə ciddi hazırlıq görülür, müasir texniki təchizat yaradılıb. Müasir tamaşaçı ağır mövzulu suallar istəmir, daha çox yüngül mövzulu seriallara üstünlük verir. Xarici serialların mövzusu çox primitivdir, belə seriallar adamları artıq yorub. Dünyada 12 süjet xətti var, ona görə də oxşarlıq və yeknəsəklikdən qaçmaq olmur. Amma hər rejissor öz yozumunu, real həyatı bu mövzuya əlavə edəndə maraqlı sənət işi alınır”. Həmkarlarından fərqli olaraq, E. Cahangirli hazırda yaradıcılıq potensialının azlığını ən böyük problem adlandırıb.
İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov bu telekanalın teleserialların çəkilişləri ilə bağlı planlarının olduğunu bildirib: “Ancaq bu, böyük maliyyə vəsaiti tələb edən layihədir. Telekanalımızın hazırkı maliyyə imkanları bu istiqamətdəki fəaliyyətimizi məhdudlaşdırır. Hələlik kiçik ssenarilər əsasında 5-10 seriyalı filmlərin çəkilişini düşünürük. Azərbaycanda yaxşı ssenaristlər və lazımi aktyor heyəti var, ancaq peşəkar rejissor azdır. Ümumiyyətlə, hazırda peşəkar rejissor sarıdan müəyyən problemlər mövcuddur. Müasir tələbata uyğun serialların çəkilməsi üçün həm də ən müxtəlif hadisələrin cərəyan etdiyi məkanların olması, geyim, qrim və s. məsələlərin də peşəkar səviyyədə həlli lazımdır. Bütün bunlar isə birbaşa maliyyə vəsaiti ilə bağlı olan məsələlərdir”.
“Azad Azərbaycan” telekanalının (ATV) musiqi departamentinin rəhbəri Həsən Abdullayev serial çəkilişlərinə hazırlıq görüldüyünü, hələlik ssenarilərin seçildiyini, “Lider” telekanalının baş prodüseri Murad Dadaşov isə kanalın istənilən yerli istehsalçı şirkətlə əməkdaşlığa hazır olduğunu deyib: “Bu gün Azərbaycan reallığında serial istehsalı hələlik gəlirli iş deyil, çünki serialların əsas sifarişçisi olan telekanalların reklam bazarı yüksək səviyyədə deyil. Bir məsələni də qeyd edim ki, türk seriallarının daha ucuz qiymətə olması milli serial istehsalını ləngidir, yəni türk istehsalçılar filmə çəkilən xərci artıq götürüblər, ona görə də filmləri qonşu ölkələrin telekanallarına ucuz qiymətə satırlar. İndi türklər bizim bazarla daha yaxından tanış olublar, ona görə onların da qiymətləri qaldıracağı gözlənilir”.
“ANS” Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən “Bakıfilm” studiyasının baş redaktoru Mailə Muradxanlı mütəxəssis və kadr çatışmazlığının çəkilişlərə ciddi təsirini xüsusi qeyd edib: “Özümüzü aldatmaq lazım deyil, film istehsalı üzrə mütəxəssislərimizin hərəsi bir yana dağılıb, çəkilişlərdə mütəxəssis qıtlığı açıq-aşkar üzə çıxır. Amma serial çəkilişlərinə başlamaq lazımdır, ən azı yavaş-yavaş işlək komanda formalaşacaq. Bizim ilk serialımız uğursuz oldu, indi “Qızlar” serialı yeni versiyada hazırlanır. Ssenarini və rejissoru dəyişmişik, yeni filmin 24 seriyadan ibarət olması nəzərdə tutulur. Yaxın vaxtlarda isə “Qoç döyüşü” adlı 12 seriyalı film tamaşaçılara təqdim olunacaq”.
“Xəzər” Televiziyasının proqramlar koordinatoru Nazim Şərbətov çəkidkləri ilk seriallarının təqdimatına başlandığını deyib: “Bu seriallar bir növ “Sirlər dünyası”nın Azərbaycansayağı variantıdır. Gələcəkdə vahid süjet xətli serialların çəkilişini nəzərdə tuturuq, hələlik çəkilişləri sifariş edirik. Yaxın 1-2 il ərzində ən müasir avadanlıqların alınması və yüksək səviyyəli çəkilişlərin aparılması nəzərdə tutulur”.
“Space” telekanalında isə bu istiqamətdə görülən işləri aydınlaşdıra bilmədik, müvafiq bölmə rəhbərləri məsələ ilə bağlı hər hansı açıqlama vermək səlahiyyətlərinin olmadığını bildirdilər.
Telekanalların büdcəsi hələlik serial istehsalının sürətlənməsinə imkan vermir, bəs bu prosesin inkişafı üçün dövlət səviyyəsində hər hansı yardım nəzərdə tutulurmu? İlk növbədə güman Mədəniyyət və Turizm Nazirliyinə gəlsə də, nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov çoxseriyalı filmlərin çəkilişi ilə bağlı nazirliyə təkliflərin daxil olmadığını bildirib: “Bu, birbaşa televiziya kanalları ilə bağlı məsələdir, biz isə onların işinə qarışmırıq. Teleserialların istehsalı sənət hadisəsi olmaqla yanaşı, kommersiya xarakteri daşıyır. Ona görə də bu sahənin biznesi özünü doğrultmayınca, inkişafı da mümkün olmayacaq”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də yeni serialların çəkilməsinin onların səlahiyyətlərinə aid məsələ olmadığını vurğulayıb: “Bu, bazar iqtisadiyyatı çərçivəsində həyata keçirilməlidir. Amma biz əcnəbi dillərdə proqramların yayımına qadağa tətbiq edəndə dövlətə də müraciət etdik ki, dövlət müəyyən qədər bu prosesin başlaması üçün öz dəstəyini versin. Biz çox istərdik ki, yayımda Azərbaycan dilində olan filmlərin sayı artsın, çünki bizim qərarımız inzibati xarakter daşıyır. 2009-cu ildən bu maddələr daha da sərtləşəcək, ona görə də kanallar indidən bu istiqamətdə öz işlərini görməlidirlər”.
Araşdırma nəticəsində belə məlum oldu ki, Azərbaycan tamaşaçısının professional, səviyyəli milli seriallarımızı izləməsi hələlik mümkün deyil. Qonşu və digər ölkələrin telekanallarında Azərbaycan seriallarının yayımlanmasına isə hələ lap çox qalıb...
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur