Afaq Məlikova: “Hacı Məmmədovun dəstəsinin evimizdən oğurladıqlarının birini belə geri qaytarmayıblar” - FOTOSESSİYA
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycanın xalq artisti Afaq Məlikovanın APA-ya eksklüziv müsahibəsi
- Azərbaycan Dövlət Rəqs Ansamblına gəlişiniz necə olub?
- 1962-ci ildə bu ansambla gəlmişəm. O zaman burada Əlibaba Abdullayev, Əminə Dilbazi, Roza Cəlilova, Nailə Mahmudova kimi ulduzlar çalışırdı. Mən də saçı hörüklü balaca bir qız idim. Mənə “balerinka” deyirdilər. Ümumiyyətlə, daxili mədəniyyətdən çox şey asılıdır. Mən ilk öncə özümə hörmət etmişəm, sonra ətrafımdakılara. Hər zaman Əminə xanıma, Roza xanıma hörmətlə yanaşmışam. Heç eşitmişsiniz ki, rəqqasələr arasında hansısa qalmaqal olsun? Heç vaxt. Sözsüz ki, kollektiv daxilində hansısa narazılıqlar olur, amma ailədə olduğu kimi o da daxildə qalır. Mən hazırda yerli televiziyalara baxmıram. Çünki həmin televiziyalarda mədəniyyət və tərbiyə azdır. Bütün telekanallara dəvət olunuram, ancaq heç birinə getmirəm. Mən yaradıcılıqla məşğulam. Afaqı tanıyan tanıyır, tanımayanlar isə gəlib elə burada mənimlə tanış ola bilərlər.
- Son illər Sizi səhnədə görmürük. Rəqs etməməyinizin səbəbi nədir?
- Biz gün ərzində beş saata yaxın məşq edirik. Mən özüm 22 il ərzində səhnədə çıxış etmişəm. 1975-ci ildən bu ansamblda işləyirəm və 25 ildir ki, ona rəhbərlik edirəm. Bu gün əsas işim rəqslərə quruluş vermək və ansambldakı rəqqaslarla məşq etməkdir. Rəqsə quruluş verən zaman əvvəl özüm həmin rəqsi ifa edirəm, sonra solistlərə öyrədirəm. Onlarla məşq edəndə belə yorulmuram. Əsl peşəkar sevdiyi sənətlə məşğul olanda yorulmamalıdır.
- Bir neçə ildir səhnədə rəqs etməyən Afaq Məlikova səhnə üçün heç darıxmır?
- Bəzən səhnənin arxasında dururam və rəqs edənlərə baxıram. Göstərdiyim hərəkəti istədiyim şəkildə göstərməyəndə isə səhnəyə çıxıb özüm göstərmək istəyirəm. Bəzən isə özüm-özümə düşünürəm ki, indi 20-25 yaşım olsaydı, durmadan rəqs edərdim. Ancaq 62 yaşım var. Ansambla rəhbərlik etdiyim 25 il ərzində 40-a yaxın rəqsə quruluş vermişəm. Bəlkə də mən dünyanın ən xoşbəxt insanıyam, çünki mən bu həyatda olmayanda, rəqslərim daima yaşayacaq.
- Rəqqasın səhnə ömrü neçə ildir?
- Rəqqasənin səhnə ömrü 20 ildir. Bilirsiniz rəqs fiziki gərginlikdir. Rəqqaslar da, idmançılar da 36 yaşında təqaüdə çıxır. Mən isə formada olanları təqaüdə göndərmirəm. Onları ansamblda beş il artıq saxlayıram. Çünki onlar ansambla lazımdılar.
- Gənc rəqqasların peşəkarlığı Sizi qane edirmi?
- Ansamblın üzvlərini mən xoreoqrafiya məktəbindən özüm seçirəm. Biz çox uşaq götürə bilmirik. 2-3 oğlan, elə həmin sayda da qız götürə bilirik. Əlbəttə ki, bununla bağlı problemlər də mövcuddur. Qızlar gəlirlər, sonra ailə qururlar, uşaq sahibi olduqdan sonra isə artıq yenilərini götürüb öyrətməli oluruq. Onlar analıq məzuniyyətindən qayıdana kimi təzələri ilə məşq edirik, öyrədirik. Bu müəyyən çətinliklər yaradır, amma çox sevindiricidir ki, bizim kadr seçmək imkanımız var.
- Ansambla qəbul zamanı rəqqaslarda önəm verdiyiniz əsas xüsusiyyət nədir?
- Bizə müraciət edən rəqqasları ansambla qəbul etməzdən əvvəl Teatr İnstitutuna göndərirəm. Ansamblın 90 faiz üzvləri ən yüksək ali təhsilə malikdirlər. Məni əsasən onların peşəkarlığı və istedadı maraqlandırır.
- Son zamanlar Azərbaycanda rəqs sənəti restoran səviyyəsinə enib...
- Əlbəttə ki, buna münasibətim çox pisdir. Digər tərəfdən isə düşünürəm ki, xoreoqrafiya məktəbini bitirib ansambla dəvət olunmayanlar gedib restoranda çalışmağa məcburdur. Onlar yaşamaq üçün bu addımı atırlar. Restoranların sayı çoxdur, ona görə də rəqqasların işsizliyi ilə bağlı problem yoxdur. Azərbaycan Dövlət Rəqs Ansamblının bir üzvü belə restoranda çalışmır. Mən bunu qəti qadağan etmişəm. Çünki ansamblda çalışan rəqqaslar kifayət qədər yaxşı əmək haqqı alırlar. Hazırda restoranlarda musiqi o qədər gur səslənir ki, beyin partlayır. Mən şəxsən restoranda uzun müddət otura bilmirəm və heç vaxt kimsə mənim restoranda keçirilən toyda rəqs etdiyimi deyə bilməz. Heç qohumların toyunda da əl qaldırıb rəqs etmirəm. Ona görə yox ki, rəqsdən bezmişəm. Sadəcə çıxıb rəqs etsəm, əylənən insanlar yerlərinə keçib oturar və daha rəqs etməzlər.
- Bu gün yeri gəldi-gəlmədi ulduz sözündən istifadə edirlər...
- Rəhmətlik Əlibaba Abdullayev deyərdi ki, ulduzlar hər 20 ildən bir doğulur. Ulduz sözünü sevmirəm. Hətta özümə ulduz deyəndə o sözü deməmələrini xahiş edirdim. Çünki ulduzlar göydə olur, yerdə isə istedadlı insanlar olur. Onlardan çoxu xalq, əməkdar artisti adını alıb. Mən istəyirəm ki, kollektivimdə bu fəxri adların alanların sayı çox olsun. Axı, onlar cəmi 20 il çalışırlar və həmin müddətdə böyük fiziki gərginlikdə məşğələlər keçirlər. Fəxr edirəm ki, bu gün mənim kollektivimdə fəxri ad qazanmış solistlər çoxluq təşkil edir. Ansambldan təqaüdə çıxmış solistlər özfəaliyyət dərnəyində dərs deyirlər.
- Rəqqasələrin müğənnilik etməsinə münasibətiniz necədir?
- Çox pis. Oxuyan oxumalıdır, rəqs edən rəqs etməlidir. Rəssam birdən-birə bəstəkarlıq edə bilər? Bu, çox gülməli alınar. Sadəcə insanlar nəyə əl atdıqlarının fərqinə belə varmırlar. Bu yolu seçənlər guya şou-biznesə qatılmaq istəyir, amma Azərbaycanda heç şou-biznesin olmadığını belə bilmirlər. Əsl şou ən azı 100 nəfərdən ibarət orkestrin, rəqs qrupunun iştirakı ilə olur. İfaçının özü canlı oxuyur, dayanmadan hərəkət edir. Bax, şou budur. Ancaq restoranda oynamaq, oxumaq şou-biznes demək deyil. Azərbaycan şou-biznesi bəlkə də 20 il bundan sonra formalaşacaq. XXI əsrdə təkcə əlinə mikrofon alıb oxumaqla şou-biznes olmur. İndi müğənni hərəkət edə-edə oxumalıdır. Onlar səhnədə tamaşa nümayiş etdirməlidir. Çox təəssüf ki, bu gün bizdə ifaçıların xarici görünüşünü hazırlayan rejissorlar məktəbi yoxdur. Onlara səhnə mədəniyyətini öyrədən yoxdur. Saat 3-də yuxudan durub, bəzənib gedib toy aparmaqla ifaçı olmaq olmur. İfaçı səhər tezdən yuxudan durmalı, idman etməli, üzgüçülüklə məşğul olmalı, daima pəhriz gözləməlidir.
- Müğənnilər arasında göbək rəqsi oynayanların da sayı az deyil...
- Konsert vaxtı oynamaq olar. Şakira bəyəm göbək rəqsi oynamır? Sadəcə düzgün və gözəl oynamaq lazımdır. Hərəkətləri kobud şəkildə etmək isə qeyri-peşəkarlıqdan xəbər verir.
- Müğənnilərdən rəqs öyrənmək üçün Sizə müraciət edənlər olurmu?
- Yox olmayıb. Ancaq müraciət etsələr, əlbəttə ki, öyrədərəm. Yəqin onlar hər şeyi çox gözəl bildiklərini, çox istedadlı olduqlarını düşünürlər.
- Övladlarınızdan, nəvələrinizdən yolunuzu davam etdirən varmı?
- Xeyir nə övladlarım, nə də nəvələrim mənim yolumu davam etdirmir. Övladlarım tamam ayrı sahədə işləyirlər. Düzdür, qızımın fortepianoya getməsini, sonra isə Konservatoriyaya daxil olmasını çox arzulayırdım. Ancaq o bu istəyimə konkret “yox” dedi. Oğlum isə hüquqşünasdır.
- Azərbaycan Dövlət Rəqs Ansamblına nə zamana qədər rəhbərlik etməyi düşünürsünüz?
- Bunu həyat və zaman göstərər. Heç kim sabah başına nə gələcəyini bilmir. Hər halda bu gün Azərbaycanda rəqsə quruluş verən ikinci kimsə yoxdur. Mən ildə üç rəqs qururam. Çox sevinirəm ki, bu gün xoreoqrafiya məktəbinə böyük axın var. Uşaqların rəqs etmək istəyi böyükdür. Bir müddət var idi ki, ümumiyyətlə rəqs etmək istəyən yox idi. Bu gün xalq rəqslərini öyrənməyə gələnlərin sayı çoxdur. Əgər bu istək varsa deməli, bizim rəqslər daima yaşayacaq.
- Azərbaycan Dövlət Rəqs Ansamblı hazırda hansı işlərlə məşğuldur?
- İndi Almaniya səfərinə hazırlaşırıq. Almaniyada iki solo konsert proqramı ilə çıxış edəcəyik. Biz bu qastrollara çox məsuliyyətlə yanaşırıq, çünki bu məsuliyyətli bir çıxış olacaq. Bu, Almaniyada Azərbaycan İlinin yekunlaşması ilə bağlı konsert olacaq. 2009-cu ildə isə ansamblın yaranmasının 40 illiyi qeyd ediləcək. Mən bəstəkarlar Eldar Mansurov və Gövhər Həsənzadədən bu yubiley üçün musiqi yazmağı xahiş etmişəm. Həmin musiqi hazır olandan sonra mən quruluş verəcəyəm. 40 illik yubiley tədbiri Heydər Əliyev Sarayında keçiriləcək.
- Həmin konsertdə Siz də rəqs edəcəksiniz?
- Ola bilər...
- Hacı Məmmədovun dəstəsinin evinizdən qarət etdikləri şeylər geri qaytarılıbmı?
- Hacı Məmmədov mənim qonşum olub. Onun anası bu günə kimi bizim həyətdə yaşayır. Dörd nəfər mənim mənzilimi qarət edəndə düşünürdüm ki, bunları kim göndərmiş olar? Çünki nə mənim, nə də həyat yoldaşımın düşməni yoxdur. Biz sakit, səmimi insanlarıq. Həmin vaxt mən, qızım, iki nəvəm və dayə evdə idik. Onlar qara maskada, əllərində silah evə daxil oldular. Mən biləndə ki, onları Hacı Məmmədov göndərib, çox təəccübləndim. Çünki o mənim yoldaşımla həmişə öpüşərək görüşüb. Evimdən aparılanların heç biri bu günə kimi qaytarılmayıb. Hacı Məmmədov məhkəmədə utandığından deyib ki, evimizə çeçenləri o göndərməyib, çeçenlər özləri gəlib. Fətulla Hüseynov da mənim qonşum idi. Hacı onu öldürdüb, digər qonşumu isə oğurlatdırıb. Evimizə soxulan zaman olan hər şeyimi onlara verdim. Yaxşı ki, özümüzə bir şey etmədilər.

İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb