Baş prodüser Vaqif Əsədullayev: “Ümidvaram ki, “Hökmdarın taleyi” filminin taleyi filmdəki hökmdarın taleyi kimi ağır olmayacaq” - FOTOSESSİYA
Elçin Əfəndiyevin ssenarisi əsasında çəkilmiş filmin təqdimatından uzun zaman keçməsinə baxmayaraq, film hələ də televiziyada nümayiş olunmayıb. “Hökmdarın taleyi” filminin prokata verilməsi məsələsi də öz həllini tapmayıb. A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzinin və filmin baş prodüseri Vaqif Əsədullayev film ətrafında yaranan problemlərlə bağlı APA-ya müsahibə verib.
- “Hökmdarın taleyi” filminin televiziya versiyasının hazırlanmamasının səbəbi nədir?
- Filmin əsas variantı hazırdır, dörd seriyadan ibarət televiziya variantını da özüm hazırlamışam. Filmin televiziya variantını hazırlamaq qərarını verməyimiz səbəbsiz deyil. Kinoteatrların fəaliyyət göstərməməsi, kütləvi tamaşaçı auditoriyasının olmaması bizi bu qərarı verməyə vadar etdi. Bu filmin xalqımıza göstərilməsi üçün ən real yollardan biri televiziyadır. Azərbaycanın tarixindən bəhs edən “Hökmdarın taleyi” filmi eyni zamanda böyük təbliğat məqsədi daşıyır. Filmin televiziya versiyasının hazırlanması üçün filmin ssenari müəllifi Elçin Əfəndiyevin və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin şifahi razılıqlarını almışdım. Bunu hazırlamaq üçün müəyyən miqdarda vəsait tələb olunurdu. Çatışmayan vəsaiti isə kredit yolu ilə aldım. Filmin televiziya variantının 85 faizi hazırdır və tam hazır olması üçün təxminən bir ay tələb olunur. Filmin efirə tam hazır olması üçün texniki işlər görülməlidir. Amma bu gün bir sıra maliyyə problemləri həll olunmayıb və buna görə də Moskvadan görüntü və səslə bağlı əsas materialları gətirə bilmirəm.
- “Azərbaycan” kinoteatrında filmin ilk nümayişi zamanı siz əsaslı təmir başa çatdıqdan sonra Heydər Əliyev Sarayında filmin təqdimatının keçiriləcəyini demişdiniz...
- “Azərbaycan” kinoteatrında keçirilən premyerada cəmi 100-120 nəfər iştirak edirdi. Filmin Heydər Əliyev Sarayında nümayişinin təqdimatının keçirilməsini istəyirdik. O zaman Azərbaycanın dövlət rəhbərliyi, elitası, mədəniyyət və elm xadimləri bu tədbirə qatıla bilərdilər. Bu filmi çox az adam görüb. Əlbəttə ki, kino tənqidçiləri filmə baxıb, öz qiymətlərini veriblər. Film Heydər Əliyev Sarayında göstərilərsə, daha da populyarlaşar. Ancaq bu nümayişin təşkili Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilməlidir.
- “Hökmdarın taleyi” filminin nümayişində yaranan problemin əsas səbəbi nədir?
- Bu, texniki cəhətdən adi film deyil, texniki cəhətdən dünya standartlarına tam cavab verir. “Hökmdarın taleyi” Azərbaycanda çəkilən yeganə filmdir ki, Böyük Britaniyada səsləndirilməsinə görə lisenziya alıb. Çox təəssüflər olsun ki, ölkəmizdə bu filmin nümayişi üçün əlverişli kinoteatr yoxdur. Bu baxımdan yalnız “Azərbaycan” kinoteatrı əlverişli sayıla bilər, lakin bu kinoteatr da texniki göstəricilərinə görə bir qədər köhnəlib. Digər kinoteatrlarda isə bu filmi nümayiş etdirmək mümkün deyil. Səbəb yalnız texniki problemlərlə bağlıdır. Hazırda “Hökmdarın taleyi” filminin nümayişi üçün uyğun gələn yeganə məkan Heydər Əliyev Sarayıdır.
- Bəs, filmin taleyi əsas yaradıcı heyəti niyə maraqlandırmır?
- Fikrimcə, bu suala onlar özləri cavab verməlidir. Televiziya versiyasını hazırlayan zaman Fəxrəddin Manafov da, Polad Bülbüloğlu da mənimlə işləyirdi. Televiziya variantının səsini yazdıran zaman Fəxrəddin Manafov və Fuad Poladovla Azərbaycan və rus dilində mətn hazırladıq. Televiziya variantı üçün musiqini filmin bəstəkarı Polad Bülbüloğlu montaj etməlidir. Film ekranda nümayişi zamanı saniyədə 24 kadr, televiziyada isə saniyədə 25 kadr gedir. O bir kadr həmişə sinxronu pozur. Ona görə televiziya variantının texniki işini yenidən görmək lazımdır.
- Filmin disk variantı da satışı çıxarılmayıb...
- Ona görə ki, biz onu hazırlamamışıq. Filmi disk formasında buraxmaq üçün onun yenidən yumşaq surəti hazırlanmalıdır. Disk variantının öz texniki parametrləri var, onlara əməl olunmalıdır. Filmin kino variantı da hazırdır, televiziya variantının əsas işini görmüşük, ancaq son işlər qalıb.
- Eşitmişik ki, filmin nümayişi üçün bir sıra xarici ölkələrin televiziya kanalları da Sizə müraciət ediblər...
- Polşa, Çexiya və Macarıstan telekanalları filmin televiziya versiyasının hazır variantını gözləyirlər. Mən də söz vermişəm ki, hazır olandan sonra filmi onlara təqdim edəcəyəm. Rusiyanın “Kultura” kanalı da bu filmlə 2005-ci ildən maraqlanır.
- Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan filmin nümayişi və ya beynəlxalq festivallarda iştirakı mümkündürmü?
- Yox, film ancaq onların icazəsi ilə nümayiş oluna, festivallarda, müsabiqələrdə göstərilə bilər. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən filmin həm rus, həm də ingilis dilində variantı hazırlanıb. Ancaq mən özüm o variantları hələ görməmişəm.
- Bu ilin yayında filmin Naxçıvan və İstanbulda nümayiş olunacağı ilə bağlı məlumat vermişdiniz. Ancaq deyəsən, həmin nümayişlər də baş tutmayıb...
- Bu da Mədəniyyət və Turizm Nazirliyindən asılı məsələdir. Bu film nazirliyin sifarişi ilə çəkilib. Mən onlara təklif etdim ki, bu filmin satışını və təbliğatını bizim prodüser mərkəzinə həvalə etsinlər. Ancaq bu təklifə də hələ cavab verilməyib. Ümid edirəm ki, qarşıdan gələn yeni ildə bütün problemlər həll olunacaq.
- Çox güclü yaradıcı heyətin toplandığı “Hökmdarın taleyi” filminin nümayişi ilə bağlı problemlərin yaranacağına inanırdınızmı?
- Xeyr, əvvəllər bu barədə heç düşünməmişdim. Sonra başa düşdüm ki, problem ola bilər.
- Konkret bunu nə zaman başa düşdünüz?
- Azərbaycan hökuməti bu filmə çox pul xərcləyib. Mən neçə film çəkmişəm. Çəkilişdən əvvəl aktyorları, rejissorları, ssenaristləri dəvət edəndə elə fikirləşirdim ki, artıq filmi satıram. Bu birinci filmdir ki, çəkilişlər zamanı bu məsələ ilə mən məşğul olmuram. İstənilən film çəkiliş prosesi zamanı satılır. Çünki filmin satışı ilə məşğul olan vasitəçilərin öz tələbləri var, onlar keyfiyyətli film istəyirlər. “Hökmdarın taleyi” filmində Rusiya və Tacikistandan aktyorlar çəkilib. Filmin hazırlanmasında Rusiyanın bir sıra texniki işçiləri çalışıb. Mən inanmırdım ki, filmin təbliğatı və üzə çıxarılması ilə bağlı problemlər yaranacaq. Ancaq bu gün belə problemlərin mövcudluğu faktdır.
- “Hökmdarın taleyi” filminin taleyi də elə filmdəki hökmdarın taleyi kimi olsa, hansı addımları atacaqsınız?
- Filmdə hökmdarın taleyi çox ağırdır. Ancaq mən ümid edirəm ki, filmin taleyi filmdəki hökmdarın taleyi kimi ağır olmayacaq.
- Baş prodüseri olduğunuz bu filmdə siyasi motivlərdən istifadə olunduğu da deyilir...
- Bu film qətiyyən siyasi film deyil, tarixi dramdır. “Hökmdarın taleyi” nə Rusiyaya, nə də İrana qarşı çəkilmiş filmdir. Bundan əlavə, bu hadisələr baş verəndə Rusiyada təhkimçilik hüququ var idi. Rus xalqı özü imperiya zülmü altında yaşayırdı. Bu filmi antirus xarakterli ekran əsəri adlandırmaq tamamilə yanlışdır. Bu, tarixi dramdır və filmdə Azərbaycanın tarixində böyük siyasi rol oynayan bir xanın ailəsindən söhbət gedir. Bu, Azərbaycanın müstəqilliyə doğru ilk addımları haqqında filmdir. Bu, çətin yoldur, biz bu yolu 200 ilə qət etmişik. Amma artıq 20 ilə yaxındır ki, biz müstəqilik və öz tariximiz haqqında həqiqəti danışmalıyıq. Həqiqət acı olsa belə...
- Filmdə baş rolu canlandıran xalq artisti Fəxrəddin Manafov problemlərdən xəbərdardırmı?
- Fəxrəddin Manafov filmdə öz rolunu çox gözəl oynayıb. Hesab edirəm ki, o, ssenari müəllifi, rejissor və mənim tərəfimdən qoyulmuş bütün vəzifələrin öhdəsindən gəlib və obrazı çox lakonik, professional şəkildə ifa edib. Fikrimcə, bu, Fəxrəddinin ən yaxşı rollarından biridir. Həmin rola görə Fəxrəddin Manafov Azərbaycanda keçirilən “Şərq-Qərb” Beynəlxalq Kinofestivalında “ən yaxşı kişi rolu” nominasiyasında mükafat da aldı.
- Vaqif müəllim, ümumiyyətlə son illər Azərbaycanda çəkilən filmlərin telekanallarda nümayiş olunmamasının səbəbi nədir?
- Bu məsələ ilə maraqlanmamışam. Sadəcə onu deyə bilərəm ki, çəkilən bütün filmlərin televiziya variantının hazırlanmasının tərəfdarıyam. Bu, çox böyük vəsait tələb edən bir iş deyil. Bu gün televiziya təbliğatı prokatdan daha yüksəkdə dayanır. Günümüzün tamaşaçıları hətta Amerika filmlərinə baxmaq üçün belə kinoteatra getmirlər, filmə evində oturub televiziyada baxmağa üstünlük verirlər. Biz də bu qaydalara tabe olmalıyıq. Bəlkə elə bir gün olacaq ki, camaat kinoteatrlara gedəcək. Amma Azərbaycan üçün bu gün hələ uzaqdadır. Ona görə televiziya efiri Azərbaycan filmləri və ümumilikdə kinematoqrafiya üçün bir xilasdır.
- “Hökmdarın taleyi” filmi Kazanda keçirilən “Qızıl minbər” kinofestivalında müsabiqədən nə üçün çıxarıldı?
- Kazanda keçirilən “Qızıl minbər” film festivalında bu film həqiqətən də müsabiqədən çıxarıldı. Bunu təşkilatçılarının filmin müsabiqədə iştirakına icazə verməməsi ilə izah edirlər. Bu addım filmin siyasi xarakterli olması ilə əlaqələndirilir. Lakin “Hökmdarın taleyi” siyasi deyil, tarixi filmdir. Bunlar çox fərqli anlayışlardır. Ümid edirəm ki, nazirlik bu filmi digər festivallara göndərəcək. Əgər mövcud problemlər həll olunmasa, hesab edəcəyəm ki, uduzmuşam. Mən tarixi filmlər çəkməyə hazıram. Çünki Azərbaycana tarixi filmlər lazımdır. Bununla bağlı dövlət başçısının sərəncamı da var və sərəncam həyata keçirilməlidir. İki ildə bir dəfə tarixi film çəkilməlidir. Çünki bizim gənclər tarixin aspektlərini bilmirlər. Biz Amerikada, Fransada, Rusiyada çəkilmiş tarixi filmlərə böyük maraqla baxırıq. Özümüzün çəkdiyimiz tarixi filmləri televiziyada niyə göstərməyək? Biz nə vaxta kimi gözləyəcəyik? Bizim “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” kimi tarixi filmlərimiz var. “Hökmdarın taleyi” filmi də onlarla yanaşı dayana bilər. Biz öz tariximizi təbliğ etməliyik və ümid edirəm ki, biz bu filmləri çəkəcəyik. Mirzə Fətəli Axundov, Xurşudbanu Natəvan, Zeynalabdin Tağıyev, ümumiyyətlə XIX və XX əsrin tarixi şəxsiyyətləri və tarixi hadisələri haqqında da bədii filmlər çəkmək lazımdır.
Qeyd: Film Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncama əsasən, İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəsi əsasında ssenariləşdirilib. Filmin baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov, aktyorlar Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Bariyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Leyli Hüseynli, Əli Cəfərov, Rusiya aktyorları Daniil Spivakovskiy, Aleksandr Qalibin, İlyar Şakunov, Tacikistan aktyoru Saydo Qurbanov və başqaları çəkilib.

İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb