Aybəniz Haşımova: “Toy musiqilərini efirdən yığışdırmaq lazımdır” - FOTOSESSİYA
Sənətçilər bu gün Azərbaycan mədəniyyətində və musiqisində yaşanan problemlərə, bayağı musiqinin efirlərdə daha çox səslənməsi və s. məsələlərə münasibət bildiriblər.
- Azərbaycan musiqisinin müasir durumundan narahatlığınıza səbəb nədir?
Aybəniz Haşımova: Bu gün Azərbaycan mədəniyyətində elə sənətçilər var ki, bəlkə də onların əlindən tutub əsl sənətə gətirib təhsil versəydilər, həmin sənətçi indi dünyada ən məşhur bir müğənni olardı. Musiqidə təhsil çox önəmlidir. Mən istəsəydim, Gəncədə qalıb bacım Şahnaz xanımın yanında fəaliyyətimi göstərə bilərdim. Amma Heydər Əliyev məni Bakıya gətirdi. O zaman mən bunun səbəbini bilmirdim, səbəbi o özü bilirdi. Böyük sənətkar olmaq üçün əsas meyar təhsil və səsdir. Çünki təhsil insanın üzünü ağardan keyfiyyətdir. Dünyada elə bir müğənni yoxdur ki, onun yüz faiz hər bir sahədən başı çıxsın. Məndə onların içindən biri, mənim də bilmədiyim tərəflər var. Amma buna görə çox utanıram. Düşünürəm ki, həmin şeyi mütləq öyrənməliyəm. Hamı buna can atmalıdır. “Toy - məktəbdir” deyə toyu gündəmdə ən böyük sənət məktəbi kimi saxlamaq düzgün deyil.
Cavid Hüseyn: Mən də Aybəniz xanımın dediklərinə tam şərikəm. Bu gün bizim sənətimizdə çox böyük problemlər yaşanır. Xüsusi ilə də musiqi savadı ilə bağlı məsələyə münasibət bildirmək istərdim. Savad istər-istəməz hər bir işin peşəkarlığı üçün bir vasitədir. Allah tərəfindən verilən istedadlar ola bilər, amma o istedadlıların özlərində müəyyən problemlər və ya təhsil olmaya bilər. Təhsil birbaşa Allah tərəfindən gələn vergini düz yola yönəltmək üçün yardımçı ola bilər. Son zamanlarda toy bazarını genişləndirmək üçün hər mahnını oxuyurlar, sonra da gəlib sənətdən danışırlar. Bu cür məsələlər həm cansıxıcıdır, həm də ki, musiqimizə çox böyük zərbədir. Biz özümdən əvvəlki korifey sənətkarlardan örnək alıb bu sənətə gəlmişik. Mən Təbrizdə dünyaya gəlmişəm və orada yaşamışam. Bu müddət ərzində mən Azərbaycan dilində yox, fars dilində təhsil almışam. Mən indiyə kimi bir fars mahnısını oxuyub, onu təbliğ etməmişəm. Çünki mən azərbaycanlıyam və Azərbaycana yad boğazları, müəyyən detalları sənətə gətirməyə razı olmaram. Oxusaydım, bəlkə də məni xaricdən gələn sənətçilərdən daha yaxşı qarşılayardılar.
Aybəniz Haşımova: Düzdür, oxumaq olar, niyə də olmasın? Fars mahnısını da, ərəb mahnısını da oxumaq olar. Amma fars və ərəb dilində. Fars və ərəb mahnısına Azərbaycan sözü yazıb, onu Azərbaycan musiqisi kimi təqdim etmək musiqimizə çox böyük zərbə və təcavüzdür. Bu musiqini dünyanın hansısa bir ölkəsində gedib Azərbaycan musiqisi kimi təqdim etsən, o zaman düşünəcəklər ki, Azərbaycan əgər fars musiqisini öz adına çıxarırsa, demək bunların öz musiqiləri yoxdur. O zaman Üzeyir Bəy niyə bu qədər əziyyət çəkmişdi? Üzeyir bəy Azərbaycan musiqisini bütün Şərq musiqisindən ayırıb, Azərbaycanın öz adına, öz dəsti-xəttinə, kökünə məxsus ayrıca musiqinin özəyini qoydu və bunun adı artıq Azərbaycan musiqisi oldu.
Nuriyyə Hüseynova: Azərbaycan musiqisinin böyüklüyü ondadır ki, o sızıltıdan, o iniltidən ayrılır. Musiqi insan ruhunun qidasıdır. İnsan orqanizmi musiqi ilə istirahət edir, ruhu dincəlir. Bizim müəyyən musiqiçilərimiz var ki, oxuyanda bilinmir yasdasan, yoxsa konsertdə. Üzeyir bəyin ən böyük xidməti ondadır ki, Şərq üslubu qalmaqla, musiqimizə elə bir növ gətirib ki, onu izah etmək mənim üçün çətindir. Üzeyir bəy Azərbaycan musiqisinin həm anası, həm atasıdır. Ona qədər Azərbaycanda simfonik əsəri var idi? Bu gün isə kimisi onun qoyduğu bu bünövrəni yaşadır, kimisi isə ağlına nə gəlir, onu edir. Hər bir sahədə olduğu kimi burda da həm aşağı, həm orta, həm də ali səviyyəli müğənnilər olmalıdır ki, yaxşı ilə pis ayrılsın. Əgər belə olmasa, o zaman yaxşını pisdən fərqləndirmək olmaz. Hamı böyük sənətkar ola bilməz, bu mümkün olan bir şey deyil. Böyük sənətkar olmaq lazım deyil, el şənliklərində, müəyyən şou-proqramlarda, müəyyən mərasimlərdə gedib kiminsə könlünü ala bilirsənsə, get Allah canını sağ eləsin. Get, oxu, ailəni dolandır.
- Bəs, Azərbaycan musiqisinin bugünkü vəziyyətə gəlib çatması hansı səbəblərdir?
Aybəniz Haşımova: Bunun səbəbləri əslində hər birimizə məlumdur. Bu gün vəziyyət heç də ürəkaçan deyil. Belə bir məsəl var, oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Əgər biz bu gün müasirliyin əleyhinə olsaq, bu çox yanlış fikir olar. Elə müasirliyin ən böyük tərəfdarı Üzeyir bəy idi ki, o Azərbaycan musiqisini Avropa ilə sintezləşdirdi və çox yüksək səviyyədə cəmiyyətə təqdim etdi. Yüksək iş təqdim etmək başqadır, çox aşağı səviyyədə bir iş təqdim edib, özünə haqq qazandırmaq tamam başqadır. Bu gün belə bir fikir formalaşıb ki, guya müğənnilik sənəti yalnız toylar üçündür. O zaman bu musiqi məktəbləri nəyimizə lazımdır, hamısını bağlayaq. Əgər yalnız toyda oxumaq tələb olunursa, toyda oxumağa nə var ki? O mahnı ki, insanı yalnız oynadır, o mahnıdan nə gözləmək olar? Məgər dövlətimiz az bilirdi ki, Muğam Mərkəzini tikdirirdi? Əgər təhsil lazım deyilsə, o zaman niyə görkəmli musiqiçilərimizin çıxış etdikləri səhnələr yenidən bərpa olunur? Bütün bunlar gənc nəsil üçün olunur ki, onlar da özəyi qoyulan bu layiqli yolla addımlasınlar. Efirlərimiz bu gün bizim milli dəyərlərimizə qulluq etməlidir. Bəyənmədiyimiz Sovet İmperiyasının dövründə ayda bir dəfə musiqiçinin solo-konserti çəkilirdi və axşam saatlarında efirdə nümayiş olunurdu. Bu, peşəkar ifaçıların konsert saatı idi. Amma bizimlə yanaşı səhnəyə özfəaliyyətlə məşğul olanlar da çıxırdı. Özfəaliyyəti göstərmək lazımdır, onların da efirə çıxmaq saatı var idi. Ancaq özfəaliyyətlə məşğul olanları peşəkar sənətkarla bir səhnəyə qoymurdular. Və nəticədə ifaçıda belə fikir formalaşırdı ki, sənətkarlarla bir səhnəni paylaşmaq üçün mükəmməl müğənni olmalıyam. İndi isə heç təhsili və istedadı olmayan gənc bir müğənni çəkilişə bir saatdan artıq gecikir. Ancaq həmin televiziya məkanında olan insanlar bir saat əvvəl gələn səni onun yanında alçaldır. Onda da həmin o istedadsız düşünür ki, niyə mən sənətkar olmalıyam, onsuz da hər şeyi həll edən puldur. Bütün bu musiqimizi zədələyir. Bu gün sözün əsl mənasında musiqimizə qulluq edən sənətkarlar var. Ancaq bu insanlar bir gün dünyalarını dəyişsələr, görün, bu məmləkətin musiqisinin sonu nə olar? Efir tərbiyəvi xarakter daşımalıdır və sözün əsil mənasında sənətə qullu etməlidir. Bu gün isə efirdən ancaq toy repertuarı öyrənirlər.
Cavid Hüseyn: Biz üçümüz birgə bir çox qastrollarda olmuşuq, biz heç birimiz elə anlarda pul güdməmişik. Çünki təmiz sənətlə məşğul olan insanlar heç biri pulu fikirləşmir və pulun arxasınca getmirlər. Ancaq bu gün elə gənc sənətçilər var ki, addımlarını atanda da pulu düşünür və addımlarını ancaq pula görə atırlar. Sənətkarla, qeyri-peşəkarın bir səhnəni paylaşması heç də yaxşı hal deyil.
Nuriyyə Hüseynova: Çox qəribədir, illərlə həyasını, ismətini gözləyən qalıb bir tərəfdə, sənə də deyirlər millətin qeyrətli qızı deyirlər, onlara da. Qastrollar zamanı dəfələrlə olub ki, bizə konsert üçün bir saat vaxt verilib. Ancaq bu bir saat başa çatandan sonra, əlavə daha bir saat vaxt veriblər ki, Azərbaycan musiqilərini oxuyaq. Bu mənə və ya başqasına yox, məhz Azərbaycan musiqisinə olan məhəbbətdən irəli gəlir. Musiqiçinin zövqü olmalıdır.
- Bu zövqü kim və ya nə formalaşdırmalıdır?
Aybəniz Haşımova: Televiziyadan çox şey asılıdır. Bu gün peşəkar sənət sahibləri qeyri-peşəkarların fonunda görünməz qalıblar. Şövkət Ələkbərovanın bu günə qədər də xanımlığı, ədalığı, həyalığı göz önümdən getmir. Hər birimiz çalışmalıyıq ki, adını daşıdığımız sahəni yüksək tutaq və yüksək səviyyədə təbliğ edək. Gərək bu sahəyə zərər toxundurmayaq, mahnıları korlamayaq, mahnını yüksək səviyyədə ərsəyə gətirək. Bir zamanlar Bakıda Boka adlı erməni müğənnisi yaşayırdı. Bu yaxınlarda Ermənistanda məclisdə iştirakı zamanı deyib ki, “vaxt var idi, mən Hacıbaba Hüseynovun dalınca qarabaqara qaçırdım ki, ondan bir boğaz öyrənim, lazımım Amma bu gün Azərbaycanın gənc oğlan müğənnilərinin hamısı mənim kimi oxuyurlar”. Bu söhbəti mənə dostlarım dedilər. Bu sözləri bizim musiqi barədə erməni deyir. Deyir ki, mən o musiqinin həsrətini çəkmişəm.
Biz çalışmalıyıq ki, milli dəyərlərimizi itirməyək. Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin və böyük sənətkarlarımızın miras qoyduğu sənəti qorumalıyıq, bunun üstündə əsməliyik. Bu gün burada əyləşən üç sənət adamının mətbuatdan ricası odur ki, əsl sənətə xidmət edən məktəbin arxasında dayansın. Əsl sənətkarlar təbliğ olunmasalar, onların davamçısı olmayacaq. Bu da Azərbaycan mədəniyyətini böyük təhlükə qarşısında qoya bilər. Telekanallar peşəkarlara daha çox önəm verməlidirlər. Mən demirəm ki, bizim peşəkar müğənnilər televiziyanı zəbt etsinlər. Sadəcə efirdə elə musiqilər səsləndirilməlidir ki, toy musiqisi efirə yol tapmasın. Toyda oxunan mahnılar toyda qalmalıdır. Yaxşı olar ki, müğənnini efirə çağırmamış üç gün əvvəl verilişdə oxuyacağı mahnılara qulaq assınlar. Yoxsa gəlirlər canlı efirə disklərini rejissora təqdim edirlər və deyirlər birinci ya ikinci mahnını verərsiniz. Heç mahnının adını demirlər və rejissorun da xəbəri olmur ki, bu müğənni nə oxuyacaq. Konkret olaraq toy musiqilərini efirdən yığışdırmaq lazımdır. O zaman da bu bayağı musiqilərin ifaçıları ya məcbur olub təhsil alacaqlar, bayağı musiqilərdən uzaqlaşıb, əsil sənətə xidmət edəcəklər, ya da kənara çəkilib peşəkarlara yol verəcəklər.
Cavid Hüseyn: Azərbaycan muğamlarını, klassik musiqini gələcək nəslə ötürmək hər bir azərbaycanlının borcudur. Bu gün elə sənətkar var ki, işə marşrutla gedib gəlir. Ancaq iki həftə efirə çıxan şəxs son marka avtomobil, villa alır. Bütün bunlardan sonra sənətkar da həvəsdən düşür. Düşünür ki, mən bu qədər əziyyət çəkmişəm, ancaq mənim halıma bax. Və həmin sənətkarın tələbələri də müəllimlərinin yaşayışına baxıb, bayağı musiqiyə üstünlük verəcəklər. Hamımız bir nəfər kimi bayağı musiqinin ortadan yığışdırılmasına çalışmalıyıq.
- Bütün bu söhbətlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan musiqisi məhv olmaq təhlükəsi ilə üz-üzədir...
Nuriyyə Hüseynova: Hər şeyin bir zamanı var. Ümid edirik ki, zamanla hər şey həll olunacaq. Azərbaycan musiqisində əgər bu gün adları çəkilə biləcək sənətkar varsa, deməli bu, son deyil. Bizim hamımızın tələbələrimiz də var. Məsələ burasındadır ki, bu gün pul töküb özlərini reklam edən gənclər başa düşmürlər ki, bu pul havaya uçur. Mənim zövqümə uyğun olmayan ifaçıya mən heç zaman baxmıram. Onlar bu gün üçün nə isə edə bilirlər, sabahları üçün heç nə etmirlər. Axı pulla sabah qurmaq olmaz.
Aybəniz Haşımova: Mən gözəl sənətkarımız Şövkət xanımın yanında gözəl musiqiyə köklənib, bu günə gəlib çatmışam. Hər bir şeyi yüksək səviyyədə görmüşəm. Son dövrlərdə bir çox sənətkarlara qarşı diqqətsizlik, artıq məni də həvəsdən salırdı. Mən artıq heç nə oxumaq istəmirdim, heç yerə getmək istəmirdim, hətta demək olar ki, evdən bayıra çıxmırdım. Hətta yavaş-yavaş müğənni olduğumu unutmaq istəyirdim. Mən həyatda çox ağrılar yaşamışam. Ancaq həyatımda yaşadığım faciələr məni qorxutmadı və yenə də ayağa qalxdım. “Bülbüllər” kollektivini yaradanda gecəmi-gündüzümü qatdım və istədiyimə nail oldum. Ancaq mən görəndə ki, pul hər şeyi üstələyib, musiqimizin mühasirəyə alınması məni çox qorxutdu. Mənə elə gəldi ki, bizim əsil sənət musiqimiz yavaş-yavaş pulu çox olan, ancaq sənətə aid olmayan insanlar tərəfindən mühasirəyə alınıb. İnanın ki, mən çox zaman kövrəlib ağlayırdım ki, bütün bunların sonu necə olacaq? Ancaq dövlətin əsl sənətə göstərdiyi qayğı ürəyimi sakitləşdirdi. Muğam Mərkəzinin tikilməsi, musiqiçilərə diqqətin olması bu qorxunu içimdə boğmağıma zəmin yaratdı. Eyni zamanda muğam müsabiqəsinin “sms” yarışmasından ayırıb, layiqli yerinə qaytarılması çox gözəl addımlardır. Düzdür, muğam ayağa qalxdı, ancaq mahnı janrının, klassik musiqi janrının yenə də köməyə ehtiyacı var. Bütün sənətkarların adından dövlətimizdən xahiş edirəm ki, efirlərdə bayağı və toy mahnılarının səslənməsinə qadağa qoyulması ilə bağlı qərar verilsin.

İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb