Maqbet Bünyatov: “Akademik Milli Dram Teatrında islahatların aparılması mütləqdir” – MÜSAHİBƏ
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyatovun APA-ya müsahibəsi
- Bir rəhbər kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətindən razısınızmı?
- Tək bizim teatrın yox, ümumiyyətlə bütün teatrların canı repertuar siyasətindədir. Hazırda Akademik Milli Dram Teatrında 7 rejissor çalışır. Teatrın simasını tamaşaçılara çatdırmaq üçün baş rejissorla bərabər, onların da üzərinə böyük məsuliyyət düşür. Direktor sonda hər bir şeyə cavabdehlik daşıyır. Bilirsiniz ki, 2006-cı ildə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə respublikamızda qabaqcıl teatrların əsaslı təmir işlərinə başlanılıb. Bu da istər-istəməz teatrın yaradıcı fəaliyyətinə təsir edir. Bu gün teatrdakı kostyumlar, dekorasiyalar müxtəlif yerlərdə saxlanır. 137 illik fəaliyyəti dövründə teatrımızın enişli-yoxuşlu günləri ilə yanaşı, uğurlu illəri də olub. Teatrın vaxtilə əsaslı təmir olunması səbəbindən yeddi il işləmədik. Həmin vaxt teatrın uçuruma yuvarlanması təhlükəsi vardı və həqiqətən də bu hal yaşandı. Elə həmin vaxt teatrın çox tanınmış simaları, sənət adamları teatrdan soyudular. Məlik Dadaşov, Həsən Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova kimi teatrın simaları iddialı vəzifələrə getdilər. Bu isə Akademik Milli Dram Teatrına böyük bir şapalaq idi. Onların heç biri adi aktyorlar deyildilər, onların hər biri Milli Teatrın bütün yükünü, potensialını, repertuarını öz çiyinlərində daşıyan şəxslər idi. Mən bu teatrda 70-ci illərdən işləyirəm və həmin dövrdən teatrda baş verənlərin şahidi olmuşam. Əli Zeynalovun, Leyla Bədilbəylinin teatrdan birdən-birə getmələri ilə teatrda sanki zəlzələ olmuşdu. Amma birdən-birə 80-ci illərin sonlarında teatrda silkələnmə oldu. Hamlet Xanızadə, Mikayıl Mirzə, Səməndər Rzayev, Həsən Turabov, Əliabbas Qədirov, Həsən Məmmədovun dünyalarını dəyişmələri ilə isə artıq teatrın sütunları qırılırdı. Sütunlar qırılsa, deməli bina da uçmalıdır. Çox şükürlər olsun ki, bu sütunlar qırılsa da, bina uçmayıb və öz yerindədir. Arzum var ki, təmirdən sonra teatrlarda mötəbər aktyorlarımızın səhnəyə hazırlaşdıqları qrim otaqlarında onların foto tabloları asılsın. Bugünkü aktyorlar və sənət adamları gərək teatrın məbəd olduqlarını unutmasınlar.
- Teatr sahəsində çalışan çoxsaylı insanlar Azərbaycanda teatrların kölgədə qalmasından şikayətlənirlər. Bu hal Sizi də narahat edirmi?
- Teatr kölgədə qala bilməz, bir hissəsinə kölgə düşə bilər. Bu da rəqabət nəticəsində olur. Hazırkı vəziyyətdə şou-biznes deyilən bir şey var. Teatr şou-biznesə uduza bilməz, burada uduzan tamaşaçıdır. Tamaşaçı gərək vaxtını sanballı tamaşalara, musiqilərə, rəsm əsərlərinə sərf etsin. Teatr heç zaman tamaşaçı arxasınca gedə bilməz, getsə, o zaman teatr geriyə gedər. İzləyici teatra gəlib özü ilə bir şey aparmırsa, bu, düz olmaz. Teatra gələn hər bir tamaşaçı çıxdıqdan sonra deməlidir ki, nə yaxşı bu gün bu tamaşaya baxdım, iki saatını itirdiyinə görə heyfsizlənməməlidir.
- Bu gün Akademik Milli Dram Teatrına gələn tamaşaçılar arasında zamanlarına heyfsizlənənlər olmur?
- Fikrimcə, tamaşaçılar bəzi tamaşalarımızdan məmnundur, bəzi tamaşalar var ki, bizim özümüzü də qane eləmir. Bilirsiniz, hərdən biz bilirik ki, bu zəif tamaşadır və bilə-bilə bu tamaşalara yol veririk... Bunun səbəbini açıqlamaq iqtidarında deyiləm. Sadəcə biz bunu bilirik və bu problemin həllinə çalışırıq. Bizim teatrda bu gün ən vacib məsələlərdən biri islahatların aparılmasıdır.
- İslahatlar deyəndə nəyi nəzərdə tutursunuz? Yeni kadrların teatra cəlb olunması və lazımsız aktyorların teatrdan uzaqlaşdırılması da bu islahatlara daxildirmi?
- İslahatlar zamanı mütləq yaradıcı heyətdən asılı olmayaraq bütün işçilər teatrda müqavilə sisteminə keçirilməlidir. Bu, mənim şəxsi fikrimdir, bu fikirlə razı olanlar və olmayanlar da bilər. Teatrda daimi ştatda olan 30 aktyor olar, daha 70 nəfər yox... Hazırda teatrda ştatda 70-ə yaxın aktyor var, hələ 10-15 aktyoru da başqa teatrlardan dəvət edirik. Eləcə də teatrda iki daimi rejissorun olması tamamilə kifayətdir. Dünyada elə dekoratorlar var ki, bizimkilərdən güclüdür. Biz müqavilə sistemində olsaydıq, o zaman onları teatra işləməyə dəvət edərdik. Bu o demək deyil ki, teatra dövlət tərəfindən verilən ümumi dotasiya kəsilməlidir. Müəyyən bir limit götürülməlidir ki, teatr bu dotasiya ilə yaşasın. Mən 7 rejissor saxlamaqdansa, sabah istədiyim rejissoru teatra dəvət edərəm, tamaşa qoymaq üçün səlahiyyətimdə 15-20 min manat olmalı və bu pulu ödəməyə məndə səlahiyyət olmalıdır. Teatrda hadisəyə çevriləcək tamaşanın hazırlanması mütləqdir. İstəyirəm ki, Akademik Milli Dram Teatrda qoyulan hər bir tamaşa hadisəyə çevrilsin. Bu yaxınlarda teatrda rejissorların toplantısını keçirdim və onların hər birinə ayrıca sual verdim ki, siz hər biriniz teatrdan məvacib alırsınız, bəs teatra nə verirsiniz? Onlar da mənə dedilər ki, siz bizə hansı əsəri versəniz, onu da hazırlayacağıq. Onlara bildirdim ki, öz təkliflərinizi verin. Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyimiz repertuar rejissorların təklifləri əsasında hazırlanıb. Rejissorların təqdim etdikləri təkliflərin çoxunda isə Şekspirin “Otello”su var. Mənə elə gəlir ki, bizim rejissorlarımızın hamısı tapdanmış yollarla gedirlər. Dünyada o qədər dramaturq var ki, dünya tək Şekspirdən ibarət deyil ki. Məsuliyyət həm rejissorların, həm aktyorların üzərinə düşür. Hamı teatrın durumuna görə bizi qınayır. Niyə futbol komandasına Almaniyadan baş məşqçi çağırırlar, Akademik Milli Teatrına isə Böyük Britaniyadan və yaxud da başqa qabaqcıl teatrlardan rejissor dəvət olunmur? Müqavilə əsasında iki-üç il müddətinə rejissor dəvət oluna bilər. Əgər biz doğrudan da ortalığa bir şey çıxara bilmiriksə, bunu eləmək lazımdır. Həqiqət budur, mən reallıqla barışıram.
- Qabaqcıl xarici teatrlardan hansısa rejissoru dəvət edərək əsər səhnələşdirməyi təklif edirsiniz. Sözsüz ki, həmin xarici rejissora veriləcək pulun miqdarı yerli rejissorlara veriləcək puldan qat-qat yüksək olacaq. Həmin yüksək miqdarı bizim öz rejissorlarımıza versəniz, bu onlarda dəyərli tamaşalar hazırlamaq üçün stimul yaratmazmı?
- Heç bir rejissor məvacibə görə işləmir. Bizdə sovet dövründən qalma patriotluq var. Biz hər zaman öz ayranımıza turş deyirik. Axı bizim teatrımız çox festivallarda iştirak edir. Həmin səfərlərdə görürük ki, bizim tamaşalarımız, aktyorlarımız, rejissorlarımız, başqa ölkələrin aktyor və rejissorlarından, tamaşalarımız isə tamaşalarından geri deyil. Əksinə bizim tamaşalarımız daha çox bəyənilir. Amma bizdə özgəni tərifləmək, özümüzü isə pisləmək iştahası var. Teatra gəlməyən insan teatr haqqında danışa bilməz, amma indi danışılır. Biz “Kaş araba aşmayadı” tamaşasını Trabzonda keçirilən festivala apardıq. Tamaşanı oynayana qədər bizə münasibət çox da yaxşı deyildi, ancaq tamaşanı göstərəndən sonra bizə münasibət yüz səksən dərəcə dəyişdi. Siyavuş Aslanı az qalırdılar əllərində aparıb gətirsinlər. Əgər bizdə olan bütün ştatlar tutulubsa və heç işləməyən, dövlət mükafatı və ya təqaüdü alanlar hamısı yerində oturubsa, gəncləri mən hara və necə götürüm?
- Bir rəhbər kimi niyə bu məsələ ilə bağlı qərar qəbul etmirsiniz?
- Mən bununla bağlı çox demişəm ki, islahatlar lazımdır. Bu da olacaq, çünki bu olmasa, teatrın inkişafı ola bilməz. Bu yaxınlarda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşümüz oldu və həmin görüşdə ona sözlərimi çatdırdım. O da öz növbəsində bildirdi ki, əsaslı təmir olunmuş binanın açılışından əvvəl, yəni 2010-cu ildə bu məsələ həllini tapacaq. Həmin vaxt bir komissiya yaradılacaq. Həmin komissiyanın rəyi ilə teatrın sanballı bir truppası yaranacaq və orda boş yerlər əmələ gələcək. O zaman mən deyə biləcəyəm ki, kimlər getdi, kimlər qaldı. Bu gün teatrda bir xəstəlik əmələ gəlib. Əgər aktyor və ya aktrisa dövlət mükafatı, prezident təqaüdü, xalq artisti fəxri adını alıbsa, repertuarda yoxdusa, tamaşalarda oynamaq üçün rejissorlar onu seçmirlərsə, o vaxtında sözünü deyib, gedib istirahət etməlidir. Amma bizdə elə deyil, su gəlirsə, bu axın kimi gəlməlidir. Kadr axını olmalıdır, yəni kadrın arxası gəlməlidir, arxası isə gəlmir. Səbəbi odur ki, bütün yerlər tutulub.
- Bəlkə teatrlarımızda kadrları cəlb edəcək heç nə yoxdur desək, daha düzgün olmazmı?
- İstedad elə bir şeydir ki, onu göstərməlisən. İstedadlı insana öz istedadını nümayiş etdirmək üçün heç nə mane ola bilməz. Bu gün teatrda qadın və ya kişi qəhrəmanı yoxdur. Görkəm, səs diapazonu, səhnə davranışı, daxili aləmi əgər bütün bu sadaladıqlarım bir insanda toplaşırsa, bu olur tamaşanın qəhrəmanı. Bilirsiniz, bu gün Akademik Milli Dram Teatrının durumu o qədər ağlamalı deyil. Potensial var, ancaq onların hər birini obrazlarına, yaşlarına görə istiqamətləndirmək və səhnəyə çıxarmaq bizim borcumuzdur. Amma təəssüf ki, məndən əvvəl teatrdakı bütün ştatlar doldurulub.
- 137 yaşı olan Milli Teatrda istedadsız aktyor və ya aktrisanın nə işi ola bilər?
- Bu adamlar məndən əvvəl işə götürülüblər. Onlar istedadsız deyillər, sadəcə bizi qane edən yoxdur. Bu yaxınlarda yaşlı aktyorlardan biri yanıma gəldi ki, onu işə götürüm. Ona bildirdim ki, bu gün onun günündə 10-a yaxın aktyor var və işə götürməyə razılıq vermədim. Gedəndən bir neçə saat sonra mənə zəng oldu ki, bəs onu işə götür. Zəng edən şəxsə bildirdim ki, bunu məndən xahiş etməsin, hətta ona yalvardım ki, belə şeylərdən xoşlanmıram, gecə yuxularıma belə girir belə şeylər. Biz yeni kadrların teatra gəlməsinə yol açmaq istəyirik. İslahatlarla yanaşı, teatrda iş prinsipinin müqavilə sisteminə keçirilməsi arzusundayam. Həmin müqavilənin şərtlərindən biri bu olacaq - əgər bu aktyor rejissorlar tərəfindən görülmürsə, demək işləyə bilməyəcək. Rejissor aktyoru görmürsə, demək o aktyor yoxdur. Müqavilə sistemi elədir ki, aktyor və aktrisa teatra öz rolu ilə gəlməlidir.
- Akademik Milli Dram Teatrına hansısa tanınmış aktyorları cəlb etmək fikriniz varmı?
- Şəxsən mən çox istərdim ki, Fuad Poladov, Şəfiqə Məmmədova, Amaliya Pənahova teatra qayıtsınlar. Onların qayıtması üçün cəhdlərim belə olub. Şəfiqə Məmmədovaya dəfələrlə “İblis” tamaşasında İblisi oynamasını təklif etmişəm, ancaq maddi tərəfdən deməyə bir sözüm olmayıb. Buna görə də bu istək birtərəfli olub. Onların heç biri maliyyə tələb etməyib, ancaq çox arzu edərdim ki, ən yüksək maaşla və ya müqavilə əsasında teatrımızın repertuarına qatılsınlar. Bizdə “Ağa Məhəmməd Şah Qacar” tamaşasının səhnələşdirilməsi nəzərdə tutulur. Bu rola Fuad Poladov çox uyğun gəlir. Şekspirin “Otello” tamaşasında əsas rola Nurəddin Mehdixanlını nəzərdə tuturuq. Yəqin ki, Otellonu iki nəfər oynayacaq, ikinci Otello gənclərdən olmalıdır.
- Nədənsə bu gün teatr səhnəsində aktyorların çıxışında soyuqqanlılıq müşahidə olunur?
- İnanın ki, soyuqqanlı deyillər, sadəcə onların bacardığı odur. İstedadsız aktyor bu teatrda olması ilə özünə də, bizə də qəsd edir. Ona görə deyirəm ki, islahat, islahat və yenə də islahat. Müqavilə əsasında işə götürülən aktyorun konkret işləmək müddəti olacaq. Bir və ya iki il müddətində o özünü göstərməlidir, əks-təqdirdə işlə vidalaşacaq. Bu da həmin aktyorda işləmək, yaratmaq məcburiyyəti yaradacaq. Əgər aktyorun vicdanı varsa, o yalnız səhnəyə xidmət etməlidir. Hər bir aktyor başa düşməlidir ki, teatr məbəddir və bu məbəd hissini tamaşaçıda oyatmaq lazımdır. Əvvəllər teatrlara zəng edən tamaşaçılar repertuardakı aktyorlarla maraqlanırdılar, indi isə belə şey yoxdur. Dramaturqla, rejissorla maraqlanırlar, ancaq aktyorlarla yox. Biz teatrın açılışına islahatlarla getməliyik, yoxsa o teatrda biz heç bir şey əldə edə bilməyəcəyik. Əgər istədiyimiz olsa, o zaman soyuqqanlı, məsuliyyətsiz aktyorlar elə ilk tamaşadan teatrda uzaqlaşdırılacaq. Bilirsiniz, problem nədədir? Yaxşı olar ki, rejissorlarımız həm yaxşı, həm pis olan bütün tamaşalara gedib baxsınlar. Yoxsa bunlar öz tamaşalarından başqa heç bir tamaşaya baxmırlar. Mən çox arzu edərdim ki, bütün dramaturqlarımız yazılan bütün pyeslərə baxsınlar, yalnız hörmət və vəzifə sahibi olan insanların tamaşalarına gəlib baxmasınlar. Bu gün bu, çox böyük bir bəladır.
Bu gün paxıllıq teatr üçün dəhşətli bir xəstəlikdir. İstədiyim odur ki, tamaşanın pil olduğunu müəllifin, rejissorun yanında etiraf etsinlər. Mən axı niyə pis tamaşanı reklam etməliyəm?! Aktyorlar tək öz tamaşalarına yox, bütün tamaşalara baxmalıdır. Dramaturqlar gəlib əsərlərə baxıb öz fikirlərini bildirməlidir. Hərdən deyirlər ki, Akademik Milli Dram Teatrında ancaq Əli Əmirlinin əsərləri tamaşaya qoyulur, axı ondan başqa heç kəs yazmır. O yazır, biz də səhnələşdiririk. Elçin müəllimin də əsərləri teatrımızda qoyulur. Gərək dramaturq özü özündə məsuliyyət hiss etsin ki, onun bu gün yazdığı əsər əvvəlkindən daha yaxşı olsun. Rəssam da, aktyor da, aktrisa da hər zaman formada olmalıdır. Mən səhnə üçün Cülyetta, Ofeliya, Qacar, İblis və digərlərini istəyirəm. Məbədi qorumaq üçün bizə bu cür obraz lazımdır.
- Xalq artisti Məleykə Əsədovanı da teatrın repertuarında görmürük...
- Hazırda Məleykə Əsədovanın repertuarda rolları yoxdur, onun yalnız “Misir gecələri” tamaşası var, o da səyyar tamaşalara yaramır, çox böyük tamaşadır. Onun tamaşalarda olmaması rejissorun seçimidir, direktorun seçimi deyil. Çox güman ki, islahatlar vaxtı mən öz fikrimi deyəcəyəm. Rejissor seçərsə, ona uyğun rol olarsa, mən müdaxilə etmərəm. Məleykə Əsədova da özünə görə bir aktrisadır. Rejissorun seçiminə o zaman müdaxilə edirəm ki, artıq o ağ deyir, ancaq ağ qara görünür. Roldan rola böyük fərq var. Eyni zamanda tamaşada yaş həddi də var. “Hökmdar və qızı” tamaşasını hər il açılışda, bağlanışda göstəririk. Ona görə də mən Mədəniyyət və Turizm Nazirliyinin qarşısında məsələ qaldırdım ki, əgər bu tamaşa bizə həqiqətən də lazımlı əsərdirsə, o zaman bu tamaşaya yenidən baxmalıyıq, yeni quruluşda hazırlanmalıdır. Bir bu tamaşa deyil, belə tamaşalar çoxdur. Burada ayrı-ayrı aktyora və aktrisalardan söhbət gedə bilməz, söhbət ancaq tamaşadan gedə bilər. Əgər aktyor oynadığı tamaşanı arzu olunan səviyyəyə qaldıra bilmirsə, demək həmin tamaşa repertuardan çıxmalıdır. Əgər Artur Miller, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mirzə Cəlil, Mirzə Fətəli Axundov, İlyas Əfəndiyev repertuarda varsa, daha nə demək olar?
- “Misir gecələri” repertuardan çıxarılmayıb?
- Xeyr, repertuardan çıxarılmayıb. Sadəcə olaraq Füzuli Hüseynov bu tamaşada oynamaq istəməsə, onu əvəz edəcəyik. Artıq “Misir gecələri” tamaşası öz missiyasını yerinə yetirib qurtarıb. O tamaşa hazırlananda mən teatrda işləmirdim. Mənə lazımdır ki, teatr inkişaf etsin, teatrın inkişaf etməsi üçün isə islahatlar lazımdır. İslahatlar çərçivəsində teatrın nəzdində peşəkarlardan ibarət Bədii Şura yaradılması nəzərdə tutulur.
- Akademik Milli Dram Teatrının aktrisasının dünyada bir neçə nəfərdə olan çox bahalı avtomobillərdən birini alması necə mümkün olur?
Mən çox sevinirəm ki, onların çox bahalı maşınları, villaları var. Amma məndən aldığı məvaciblə onu ala bilməz. Bu sualın bizim teatrın aktrisalarına aidiyyəti yoxdur.
- Teatrda aktyorun aldığı əmək haqqı nə qədərdir?
- Əmək haqqı kateqoriyadan asılıdır. 100 var, 150 var, 170 var, 230 var. Aktyor və aktrisalar dublyaja gedirlər. Az da olsa, əlavə gəlir yerləri də var. Aktyor və aktrisa səhnədə obrazla yaşamalıdır.
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir işlərinin nə zaman yekunlaşması nəzərdə tutulur?
- Söz verilib ki, 2010-cu ildə teatrımızda əsaslı təmir bitəcək. Bundan sonra bizim üzərimizə böyük məsuliyyət düşür. Biz teatrın açılışına əliboş gəlməyəcəyik, tamaşaçıların qarşısına yeni tamaşalarla çıxacağıq. Yeni binada Şekspirin “Otello”, Hüseyn Cavidin “İblis”, Kamal Abdullanın “Hamı səni sevənlər buradadır”, Mixail Bulqakovun “Molyer”, Afaq Məsudun “Yol üstə”, Əli Əmirlinin “Mən səni sevirəm”, J. Akuyun “Antiqona”, R. Şeredanın “Kələkbazlar” və digər əsərlərə müraciət etməyi düşünürük. Çox istəyirik ki, 2010-cu ildə respublikadakı bütün teatrların mövsümü bizim teatrın əsaslı təmirdən çıxmış binasının fasadının qarşısında açılsın. Teatrımızın təmiri dövründə çox çətinliklərimiz oldu, burada işləmək çox çətindir. Bunların heç nəyi yoxdur, hər şeyi öz gücümüzə edirik. 6500-ə yaxın kostyumumuz var və hamısı ayrı-ayrı məkanlardadır. Çox təəssüflər olsun ki, Rus Dram Teatrına verilən yeri - Dənizçilər Evini müvəqqəti bizə vermədilər. Canları sağ olsun, biz məhv olmadıq, yenə də işləyirik.

İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb