Burhan Doğançay: “Sənətimizi, ədəbiyyatımızı dünyaya tanıtmasaq, bizi heç kim tanımayacaq” - FOTO
- Bu, bir tarix yox, dönüş nöqtəsi oldu. Bu, lazım idi - çünki qatar gedirdi və biz son vaqona da gecikəcəkdik. Dünyadakı tabloların qiymətlərinə baxanda Türkiyənin çox geridə olduğunu görürdük. Hətta Orta Şərqdə belə İran, Misir rəssamlarının əsərləri dünya bazarında bizdən müqayisə edilməz dərəcədə baha qiymətə satılırdı. Çin rəssamlarının əsərlərinin qiymətindən isə heç danışmağa dəyməz. Türkiyənin gənc nəslindən olan rəssamlarının önünü açmaq üçün bu satışa çox ehtiyac vardı. Bu satış əlbəttə ki, mənim əlimdə olan bir iş deyil - “Mavi simfoniya” tablosu auksionda 1.5 milyon dollara satılıb. Yaxşı ki, Türkiyə bu işdə gecikməyə səbir etmədi.
- Oktyabrın 11-də Mədəniyyət və turizm naziri Ərtuğrul Günay ilə söhbət edəndə tabloların qiymətlərini artırmaq üçün nazirliyin rəssamlardan niyə bir neçə bahalı rəsm almadığını soruşdum və sizin adınızı çəkdim. Çin öz rəssamlarının əsərlərinin dünya bazarındakı qiymətlərini artırmaq üçün bu yoldan istifadə etdi.
- Mən dövlət işində işləmişəm. Bilirsiniz ki, hüquq fakültəsindən məzun olmuşam. Parisdə hüquq sahəsində doktorluq dissertasiyası müdafiə etmişəm. Dövlət işlərindən az-çox xəbərim var. Dövlət rəssamların tablosunu almaq əvəzinə vətəndaşların tablo almasına yardım edə biləcək şəraiti yaratmalıdır - sərbəst bazar iqtisadiyyatını daha da dərinləşdirməli, incəsənət fakültələrində oxuyan tələbələrə yüksək təqaüd verməli, muzeylər açmalıdır. Bir ölkədə sənətin inkişaf etməsi-özəl sektorun güclü olması ilə mümkündür. Nazirin sənətin inkişafı naminə görə biləcəyi başlıca iş - məsələn, mənim muzeyimin yerləşdiyi binaya yaxşı yol çəkdirməsi, küçəni yaxşı işıqlandırması və s. ibarət olmalıdır. Çünki mən bu işlər üçün müvafiq idarələrə gedəndə çətinlik çəkirəm.
- Bu günə qədər Türk burjuaziyasının ilk nəslini sənət biznesinin içində görürdük - Sabancı, Eczacıbaşı, Koç, Kıraç və b. Ancaq indi mühafizəkar dünya görüşü ilə tanınan “Ülkər” qrupunun sizin tablonuza yüksək miqdarda pul verdiyinə şahid olduq. Bu da Türk sənəti baxımından sevindirici bir durum deyilmi?
- Bu addım çox önəmli oldu. Mən həmişə dünyaya geniş pəncərədən baxmışam. Bilirsiniz ki, mənim atam da rəssam idi. Mən uşaq yaşlarımda atama deyərdim ki, tablolarım dünyanın ən məşhur muzeylərində olacaq və baha qiymətə satılacaq. 1962-ci ildə Ankarada qalereya belə yox idi. Ancaq bu gün dünyanın 64 ölkəsinin muzeylərində mənim tablolarım var. Türk və Azərbaycan rəssamlarının dünyada tanınması lazımdır. Nə qədər yaxşı futbolçu olsanız da, dünyanın birinci liqasında oynamasanız, sizi heç kim tanımaz. Mənim 45 ildən bəri Nyu-Yorkda emalatxanam var, 114 ölkəni gəzmişəm.
- Almaniyanın şokolad imperatoru sayılan Peter Lüdviq də XX əsr dünya sənətinin önəmli nümunələrini Kölndəki muzeyində toplayıb. Sizin tablonuzu yüksək qiymətə alan “Ülkər” qrupu, eyni zamanda, sənət dünyasının yüksək liqasına qapı açmadımı?
- “Ülkər” qrupu Türk sənətini dünyanın yüksək liqasına çıxarmaq üçün addım atdı. Bütün məsələ bundan ibarətdir. Bayaq özəl sektorun sənət dünyasına daha çox göstərməsinin lüzumundan danışanda bunu nəzərdə tuturdum. Dünyanın böyük firmaları və varlı iş adamları sənət əsərlərinin alışı sahəsində lokomotiv rolunu oynayırlar. Türkiyədə də belə olmalıdır. İş adamları tarixdə pulları ilə yox, sənətə qoyduqları investisiyalarla yaşayırlar. Məsələn, XV-XVİ əsrlərdə İtaliyada Mediçiləri götürək. Tarixlə nə qədər maraqlansaq da, varlı adamların pulu bizi o qədər də maraqlandırmır. Ancaq Mediçilərin sənətə qoyduqları yatırımlar onların bu gün milyonlar tərəfindən tanınmasının əsas səbəbidir. Amerikadakı Morqanlar, Rokfellerlər də bu qəbildəndir. Varlı adamların sərvətləri nə vaxtsa əllərindən çıxa bilər və ya onlar 1-2 nəsil sonra unudula bilər. Ancaq sənətə xərclədikləri pullar onları əsrlərlə yaşadır.
- Amerikada və SSRİ-də çıxan kitablarınızdakı fotolarınıza baxanda sizi həmişə iş atmosferində görürük. Nobel mükafatı almış yazıçı deyirdi ki, Uilyam Folkner olmaq üçün 99% istedad, 99% işləmək, 99% nizam-intizam lazımdır. Burhan Doğançay olmaq üçün də eyni formul keçərlidirmi?
- 100% çalışmaq. Ondan sonra yuxarıdakının verəcəyi şeylər var. Sərgi olub-olmamasına baxmadan mən gündə 10 saat işləyirəm. Çox adam elə bilir ki, mən cənubdakı evimdə səhərdən axşama qədər yatıram. Ancaq keçən il də 20 böyük tablo, bu il də 20 böyük tablo çəkmişəm. Gənclərə birinci məsləhətim-daha çox çalışmalarıdır. Bir də optimist olsunlar. Gənclərimiz səbirlə gözləməyi bacarmalıdır. Mənim bu nöqtəyə gələ bilməyim üçün 55 il keçdi. İraqda müharibə olmasaydı, dünyada Türkiyənin yerini bilmirdilər. Nefti olmasa, dünyada Azərbaycanın da harada olduğunu bilməyəcəkdilər. Mən Bakıda 15 gün qaldım, çoxlu foto çəkdim. İndi ölkəniz xeyli gözəlləşib. Nobellərin tikdirdikləri binaların arxitekturasının qorunması sevindiricidir. Bir neçə rəssamın emalatxanasına getdim. Bakıda hər evdən piano səsi gəlməsinə heyran oldum. Sənətimizi, ədəbiyyatımızı dünyaya tanıtmasaq, bizi heç kim tanımayacaq. Qabriel Qarsia Markesə qədər Kolumbiyanı dünyada neçə adam tanıyırdı? Argentinanı prezidentinə görə tanıyırlar, yoxsa Borxesə görə? Mahfuzun adı çıxan kimi hamı Misirlə maraqlandı. Dövlət bu işlərə dəstək verməlidir.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var- YENİLƏNİB-2
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib