Hüsaməttin Koçan: “Atatürk türklərin mədəniyyət yaradan millət olduğunu meydana çıxarmaq üçün çox iş gördü” - MÜSAHİBƏ
- Hər yeni sərginiz sənət konsepsiyanızın bir hissəsi kimi ortaya çıxır. Bu sərginiz də istisna deyil...
- Bunu bir pilləkən kimi görə bilərsiniz. 90-cı illərdən etibarən mənim sənətim ənənəvi cizgi üzərində irəliləyib. 1992-93-cü illərdə Osmanlı, 1997-ci ildə Səlcuqlu mövzusunda, həm də ənənəvi yerlərdə sərgilər açdım. Mən buna inanıram: insan müasir dünyada söz və yer sahibi ola bilmək üçün öz həyatı ilə bağlı bir şeylər yazmalı və ya çəkməlidir. Əsərlərimdə ənənəvi strukturlara söykənərək müasir dinamizmi yaxalamağa çalışıram. Biz ənənə ilə həmişə pozitiv əlaqə yaratmaqda çətinlik çəkmişik - ya ənənəni lağa qoyuruq, ya da onu aşağılayırıq.
Mən Bayburtda anadan olmuşam. Müəyyən yaşa qədər mənim həyatımı oradakı gördüklərim, yaşadıqlarım və yaşca böyüklərin dedikləri düşüncələrimi formalaşdırdı. Mənim ənənəvi mədəniyyətimdə xalqımın keçmişi ilə bağlı, hətta şamansayağı motivlər var. Böyük şəhərlərə gələndə metropol dəyərləri ilə bizim qapalı əski dəyərlərimiz arasında bir “çatışma” başlayır. Bunun ilk örnəklərini universitetdə yaşayırıq. Universitet mənim ənənə ilə aramda olan problemi daha qarışıq bir vəziyyətə gətirdi. Sonradan gördüm ki, ali məktəb də mənim ənənəmlə birləşərək yaradıcılığımın önəmli komponentinə çevrilib. Mən anadan olduğum və yaşadığım coğrafiyanın tarixi və müasir mədəniyyətinin sintezindən kənar heç nə edə bilmərəm. Ona görə də tablolarımda həmişə parıltı var. Bu işıq və parıltı məni gələcəyə bağlayan ən önəmli ənənəvi faktordur.
- Eyni konsepsiya axtarışı fransız rəssamı Henri Matissdə də vardı - ənənəvi köklərini araşdırmaq üçün durub Afrikaya getmişdi. Və ya Pikassoda. Bu mənada 1970-ci illərdən başlayaraq Türkiyənin avanqard rəssamlarının sənətlə birlikdə fikir və düşüncə həyatında önəmli cığır açdığını görürük. Siz özünüzü bu prosesin hansı tərəfində görürsünüz?
- Fərqli nöqtələrə yönələn Türk rəsm sənəti toplumun öz qəlibi ilə bağlı sualları da gündəliyə gətirdi. Sənətkarların mövzu və fəlsəfə axtarışları rəsmi qurumlardan başqa bir çox özəl qurumun da bu axtarışlara dəstəyini özü ilə gətirib-gəldi. Məsələn, İstanbul Kültür və Sənət Vəqfinin (İKSV) təşkil etdiyi Bienallar türk sənətini dünyadakı avanqard məfhumlarla paralel nöqtəyə gətirdi. 1990-cı illərdən etibarən sərmayə özünə bir mədəniyyət infrastrukturu yaratma ehtiyacı hiss etdi. Mərhum Sakıp Sabancı ilə yaxın dostluğumuz olmasa da, hərarətli münasibətimiz vardı. Bir gün Sabancının o vaxt yaşadığı, indi isə sənət muzeyinə çevrilən evində yanğın olmuşdu. Mənə dedi ki, Osmanlı rəssamlarına ehtiyacım var. Auksion evinin sahibi Raffi Portakalı Sakıp bəyə nişan verdim. Daha sonra Sakıp Sabancı topladığı xətt kolleksiyasını Nyu-Yorkda nümayiş etdirdi. Sakıp bəy deyirdi ki, mənim topladığım tablo kolleksiyasını uşaqlarım daha yaxşı anlayacaq. Sakıp Sabancı 90-cı illərdə topladığı tablolarda üstünlüyü klassik türk rəsminə verməyə başladı. O vaxt bu işlərə Sabancı liderlik edirdi, daha sonra Eczacıbaşı mühüm addımlar atdı. 2000-ci ildən üzü bəri İstanbulda bir neçə özəl sənət muzeyinin yaradıldığını görürük. Bilirsiniz ki, Sakıp bəy 1998-ci ildə İstanbul boğazında yaşadığı Atlı köşkdən pencəyini götürüb çıxdı və o sarayı muzeyin ixtiyarına verdi. Rəssamlarımızdan Süleyman Saim Təkcan, Burhan Doğançay öz muzeylərini yaratdılar.
- Siz də Bayburtda öz muzeyinizi yaradırsınız...
- Əyalətdə olması baxımından mənim layihəm çox qiymətlidir. Bu, müxalif bir layihədir. Mən 92-ci ildə Silahxanada sərgi açanda bu, çoxlarının təəccübünə səbəb olmuşdu. Çünki o vaxtlar rəssamın Osmanlı dövrünə müraciət etməsini geriqalmışlıq kimi dəyərləndirirdilər. Mənim o vaxtkı Refah Partiyası ilə əməkdaşlıq etdiyimi düşünürdülər. İndiki baş nazirimiz Tayyip Ərdoğan o vaxt İstanbulun bələdiyyə başqanı seçilmişdi. Mən o vaxt sərgimin ənənə ilə bağlı olduğunu müdafiə etsəm də, nə ənənəçilər, nə də modernçilər bundan razı qalmadı. Mən o sərgimdə Osmanlı padşahlarının ailə tənhalığını göstərmək istəmişdim. Mən o əsərləri emalatxanamda olduğu kimi saxlayıram - bir neçəsinə müştəri çıxsa da, satmadım. Biz modernlik yolunda çox mühüm inqilablar etmişik-ancaq ənənə ilə barışmaq üçün çox vaxt itirmişik. Bu mənada Atatürk böyük bir dühadır - o, türklərin mədəniyyət yaradan millət olduğunu meydana çıxarmaq üçün çox iş gördü. Mən ənənələrimizin dəyərini,məsələn, Yaşar Kamalın əsərlərində daha yaxşı anladım. Biz ənənələrimizi nə qədər yaxşı dərk etsək, bu torpaqlar üzərində ayağımızı yerə daha güclü şəkildə basa biləcəyik.
- Dövlətin mədəniyyət sahəsindəki siyasətindən razısınızmı? Bunu dövlətin sənətkarlara yardım etməsi anlamında soruşmuram. Məsələn, Kazimir Maleviçin “Qara kvadrat” işi bir neçə il qabaq Rusiyada auksiona çıxarılanda Mədəniyyət Nazirliyi 1 milyon dollar verib tablonu aldı və Ermitaja qoydu. Həmin vaxt mən Osman Hamdi bəyin “Tısbağa tərbiyəçisi” tablosunun dövlət tərəfindən alınması üçün Türkiyənin mədəniyyət nazirinə məktub yazdım. Nazirdən gələn cavabda tablonu almaq üçün pul olmadığı yazılmışdı. Sizcə, dövlət sənətkarların maddi cəhətdən güclənməsi naminə onlardan əsər almalıdırmı və ya klassik tablolara külli miqdarda pul xərcləyib onları muzeylərə qoymalıdırmı?
- Dövlətin mədəniyyət siyasəti ilə yaxından məşğul olmuşam. Mənim mövqeyim-bu siyasətin daha çox sivil təşəbbüsə buraxılmasıdır. Çünki bu gün bizim millət vəkillərimizin sənətlə nə dərəcədə əlaqədar olması, onların ayda neçə dəfə kinoya və qalereyaya getməsi mənim çün qaranlıq məsələdir. Mən dövlətin rəsmi mədəniyyət siyasətinin olmasına qarşıyam. Türkiyədəki avtomobil sənayesi dövlətin himayəsi altında inkişaf edib. Dövlət ticarət və istehsal sahələrinə kifayət qədər dotasiya versə də, bunu mədəniyyət üçün etməyibr. Bu gün dövlətin muzeyləri boşdur, komissiyalar yaradılaraq rəssamlardan əsərlər alınmır. 2010-cu il üçün İstanbul Avropanın mədəniyyət paytaxtı seçilib-ancaq biz bundan səmərəli şəkildə istifadə edə bilmirik. Dövlət qurumlarımız hər şeydən əvvəl, sənətkarlarımızın dünyada tanınmasına çalışmalıdır. Mədəniyyət və turizm naziri bizim sahə üçün pozitiv bir insandır. Hazırda bizim yeganə üstünlüyümüz var: Türkiyədə sənətkarlar əsərlərinin satışından vergi ödəmirlər.
- Türkiyədəki dinamizmlə müqayisədə Azərbaycanın qalereyaçılıq, özəl muzeyçilik sahəsində xeyli süst qaldığını görürük. Azərbaycana bir mesajınız varmı?
- Bayburt Azərbaycana çox yaxındır - muzeyimin qapıları Azərbaycandan gələn hər kəsə açıq olacaq. Bizim də Azərbaycana tez-tez getməyimiz, müştərək layihələr həyata keçirməyimiz lazımdır. Bu mənada, aramızdakı sərhədləri aradan qaldırmaq üçün sənət ən yaxşı yoldur. Dünyamız axtarışda olanların dünyasıdır.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var- YENİLƏNİB-2
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib