Bəstəkar Musa Mirzəyev: “İndi dillər əzbəri olan Yeni il mahnısını Hikmət Ziya mənə zorla yazdırıb” - MÜSAHİBƏ - FOTO
- Çox uzun illər keçməsinə baxmayaraq müəllifi olduğunuz “Yeni il gəldi” mahnısından sonra bu bayramla əlaqədar yaddaqalan mahnı yazılamayıb?
- Hazırda mahnıları elə insanlar bəstələyirlər ki, onların buna mənəvi haqqı yoxdur. Mahnı yazanda gərək melodiyanı fikirləşəsən. Daha səhərdən-axşama qədər sevgidən yazmaq olmaz ki... Bilirsiniz Azərbaycanda nə qədər Yeni il haqqında mahnı yazılıb? Amma çox təəssüf ki, bu mahnılardan heç biri yox, məhz müəllifi olduğum bu mahnı yaddaşlarda qalıb.
- “Yeni il gəldi” mahnısını neçənci ildə yazmısınız? Bu gün Yeni illə bağlı yazılan mahnıların yadda qalmamasının səbəbi nədir?
- “Yeni il gəldi” mahnısını 60-cı illərdə yazmışam. Əvvəllər televiziya və radiolarda uşaq verilişləri redaksiyaları var idi. Ancaq indi hamısını ləğv ediblər. Belə şey olmaz, ona görə də mahnı da yoxdur. Bu, anormallıqdır. Mənim uşaq xoru üçün çoxlu əsərlərim var idi və onların hər biri dillər əzbəri idi. Bu mahnılar indi də oxunurlar. Əlbəttə, yeni əsərlərim olacaq, ancaq Yeni illə bağlı mahnı yazmaq fikrim yoxdur. İndi dillər-əzbəri olan “Yeni il gəldi” mahnısını Hikmət Ziya mənə zorla yazdırıb. Bəlkə də o məni məcbur etməsəydi, heç bu mahnı da yaranmayacaqdı. Bu mövzuda gərək ekstra bir əsər çıxarasan ki, yaddaşlarda qalsın. Yeni il mahnısının cəmi bir ay ömrü var. İlin başqa fəsillərində bu mahnı oxunmur. Hər dəfə fərəh hiss keçirirəm ki, mənim zəhmətim hədər getməyib.
- Sizin simanızda yaşlı bəstəkarlara ayrılan diqqət Sizi qane edirmi?
- Uzun müddət mənə dövlət tərəfindən diqqət olmayıb. Daha doğrusu aidiyyəti orqan olan Azərbaycan Bəstəkarlar İttifaqı diqqət göstərməyib. O zamanlar çox paxıllıq olub və qarşımı kəsiblər. Hər şey onların əllərində idi, ona görə uzun müddət bu diqqətdən kənar qalmışam. Mən ilk fəxri adımı 50 yaşımda almışam. Halbuki həmin illərdə 25 il bütün Sovet İttifaqında mənim əsərlərim ifa olunub. Mənim əsərlərim Moskvanın ən mötəbər kollektivlərin ifasında səslənib. Həyatım başqalarından fərqlənib və o səbəbdən də bu cür diqqətsizliyə fikir vermirdim, çünki mənim əsərlərim tanınırdı.
- Hazırda nə yazırsınız?
- Hazırda səhhətimdə cüzi problemlər var, bu səbəbdən müalicə olunuram. Müalicəm bitəndən sonra dərhal yeni əsərlər yazmağa başlayacağam. Uşaqlar və yeniyetmələr üçün yeni yazılmış əsərlərim var, onlar üzərində işləyəcəyəm.
- Gənc bəstəkarların yaradıcılığını izləyirsinizmi? Onlara hansı tövsiyələriniz var?
- Tövsiyə edərdim ki, xalq musiqisini dərindən bilsinlər, böyük bəstəkarların əsərlərini daha yaxşı mənimsəsinlər. Bu gün Azərbaycan bəstəkarlığında eksperimental əsərlər çox yaranıb və buna da yersiz diqqət yetirirlər. Bu gün sintez də çoxdur, istedadlı insanın sintezi də istedadlı olur. İstedadsız isə heç nə edə bilmir. İstedadlı bəstəkarın yazdığı musiqilər hər zaman yaddaşlarda yaşayacaq.
- Oğlunuz İlyas Mirzəyev də bəstəkardır...
- Bəli, oğlum Türkiyədə fəaliyyət göstərir və olduqca böyük uğur qazanıb. Onun “Üç dəniz” simfoniyası Bəstəkarlar İttifaqının 75 illik yubileyi ilə bağlı tədbirin sonuncu günü ifa olundu. Bu əsər böyük müvəffəqiyyət də qazanıb. Oğlum Türkiyəyə çətin dövrdə getmişdi. Həmin dönəmdə ölkəmizdə olan durumla əlaqədar bir çox istedadlı ifaçılarımız ölkəni tərk etdilər, çünki burada dolanmaq mümkün deyildi.
- 2010-cu ildən nə gözləyirsiniz?
- Əmin-amanlıq gözləyirəm və Qarabağ məsələsində müsbət irəliləyiş olmasını istəyirəm. Ciddi musiqimizin daha geniş yayılması lazımdır, bunun üçün də gərək dövlət səviyyəsində tədbirlər həyata keçirilsin. Tək muğam deyil, ümumiyyətlə musiqimiz çox dərin və genişdir. Hər yazılmış əsəri təbliğ etmək düzgün deyil. Elə əsərlər var ki, o əsəri heç orkestrə yaxın buraxmaq olmaz. Bəstəkar üçün yaş həddi yoxdur və bunu dünya təcrübəsi də sübut edib. Bəstəkar son gününə kimi yaratmalıdır...
Qeyd: Musa Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olub. Azərbaycan respublikasının əməkdar incəsənət xadimi (1982), dosent (1998), professordur (2002).
“Lənkəran əfsanəsi” (1990), Piano üçün 5 uşaq Pyesi (1990), F.Əmirovun “Nizami” baletinin tamamlanması, okrestrləşdirilməsi və musiqi redaktəsi (1990 - 1991); Kamera orkestri üçün Simfoniya (1992); Piano üçün “Qəmli melodiya” (1993); Piano üçün konsert-rondo (1993); Skripka və piano üçün “Cəld hərəkət” (1994), Böyük simli orkestr üçün “Dahi sənətkara – Üzeyir Hacıbəyova ithaf” poeması (1998), Tatarıstan Respublikasının Dövlət Himninin bəstəkar – R.Yaxin aranjimanı və simfonik orkestri üçün transkripsiyası (1998), Kamera orkestri üçün “Polifonik simfoniya” (1999), Ə.Bədəlbəylinin “Qız qalası” baletinin yeni musiqi redaktəsi, simfonik orkestr üçün yenidən işlənməsi və aranjimanı (1999), Skripka və piano üçün “Romantik poema” (2000) və digər musiqi əsərləri məhz Musa Mirzəyevin adı ilə bağlıdır. Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsüdür.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var- YENİLƏNİB-2
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib