Bəsti Cəfərova: “Rejissorlar ya zəngə, ya da maddi nəyəsə uyub klassik, böyük rolları qeyri-peşəkarlara verirlər” - MÜSAHİBƏ - FOTOSESSİYA
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Bəsti Cəfərovanın APA-ya müsahibəsi
- Azərbaycan teatrının hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Deyirlər ki, Azərbaycan teatrı tənəzzülə uğrayıb, teatr ölüb. Mən bu fikirlə heç razı deyiləm. Əgər mən bu sənətdə 1978-ci ildən, 19 yaşından, III kursdan çalışıramsa, hər zaman tamaşaçı da görmüşəm, uğurlu tamaşalarımız da olub. Teatr indi də öz ömrünü yaşayır.
- Bəs, 30 ilini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına həsr edən Bəsti Cəfərova bu gün qeyri-peşəkarların bu teatrda çalışması ilə necə barışır?
- Mən bu durumla barışmamışam, bir professional aktrisa olaraq, bu duruma çox pis baxıram. Mənim çox güclü məktəbim var və bununla hər zaman öyünmüşəm. Mənim qismətimə üç böyük rejissorumuz - Adil İsgəndərov, Tofiq Kazımov və Mehdi Məmmədovla işləmək düşüb. Adil İsgəndərov iki il mənim kurs rəhbərim olub. O, 1978-ci ilin sentyabrında dünyasını dəyişdi, oktyabrda Tofiq Kazımov məni teatra dəvət etdi və mən ömrümü bu teatra bağladım. Elə həmin illərdə Mehdi Məmmədov kimi bir rejissorun hazırladığı tamaşalarda rol aldım. Bununla yanaşı, indiki rejissorların tamaşalarında da rollar oynamışam, bişib-böyümüşəm. Bunlar Ağakişi Kazımov, Vaqif İbrahimoğlu, Mərahim Fərzəlibəyov, mərhum Həsən Əblucdur. Mehriban Ələkbərzadənin iki tamaşasında da oynamışam və yaradıcılıq bioqrafiyamda həmin tamaşalar çox əlamətdar yer tutur. Bu gün rejissor, aktyor problemi yoxdur, qeyri-peşəkarların bu sənətə baş vurmaları, ilan kimi soxulub hansısa yollarla bu sənətə gəlmək problemi var. Zənglərlə, digər vasitələrlə teatra gəlirlər, sonra da başlayırlar böyük rola iddialı olmağa... Hamı böyük rolu iddia edə bilər, amma böyük rolu oynamaq hər aktyorun gücündə deyil. Rejissorlar ya zəngə, ya da maddi nəyəsə uyub klassik, böyük rolları qeyri-peşəkarlara verirlər, onlar da ortaya səviyyəli iş çıxara bilmirlər. Elə tamaşaçı azlığı da bu problemlə bağlıdır. Amma ümumilikdə demək ki, teatr, rejissor, aktyor yoxdur, bu düzgün deyil.
- Məgər bu problemdən çıxış yolu yoxdur?
- Mən teatrın direktoru, baş rejissoru deyiləm. Mənə elə gəlir ki, teatrımızın əsaslı təmirdən sonra açılışında hansısa islahatlar olacaq. İslahatlar mənlik deyil. Hər halda Mədəniyyət və Turizm Nazirliyində əyləşənlər bizim teatrda baş verənləri bizdən də yaxşı bilirlər. Onlar özləri buna bir əlac tapacaqlar, islahatlar aparacaqlar. Ümid edirəm ki, teatrımızın açılışından sonra bu problemlərin həlli yolunda addımlar atılacaq. Bəlkə də kimsə hazırda teatrımızın təmirdə olmasından istifadə edir. Fikrimcə, böyük səhnə açılandan sonra hansıda rejissor o səhnədə pis tamaşa qoymaq istəməz.
- Deyirsiniz ki, klassik, böyük rollar zənglərlə, tapşırıqlarla qeyri-peşəkarlara verilir. Sizcə, bununla, böyük səhnədə uğur qazanmaq və Azərbaycan teatr tarixinə adını peşəkar aktyor və ya aktrisa kimi yazmağa müvəffəq olmaq mümkündür?
- Qətiyyən, bu, heç cür mümkün deyil. Zənglə, tapşırıqla, hansısa maddiyyatın hesabına böyük rolları onlara verən rejissorlar o qeyri-peşəkarlarla birgə öz işlərini də, öz adlarını da itirirlər. Hətta bəzi rejissorlar barədə deyirlər ki, o, bitib-tükənib. Yaradılan hər bir şey, əgər orda yaradıcılıq varsa, bişməlidir, istər aktyor olsun, istər rejissor, əsər illərlə onun çinədanında gəzməlidir, onu narahat etməlidir və yaxşı aktyorlara köçürülməlidir. Əgər o, beynindəkini pis aktyorlara köçürürsə, həmin pis aktyor o rolun öhdəsindən gələ bilməyəcək. Mən professional aktyoram və böyük rollar iddiasındayam, böyük məktəbim var. Çox vaxt səhnə obrazlarımı görüb, mübariz olduğumu düşünürlər. Yox, elə deyil, mən, sadəcə, istedadlı aktyor və insanam. Heç kimlə mübarizəyə aparmıram, bu mənə lazım da deyil. Rejissorlarımız nəfislərini bir az udub sənətə qulluq etsinlər, yeganə təmənnam budur. Mən bu dövrdə sənətə gəlsəydim, indiyə kimi etdiklərimin heç üçdə birini edə bilməzdim. Çünki bu dövrdə istedadlı gənclərə yol açılmır. İndi mənim yükümdə olan rollar ona-buna axıb-gedir. Hətta mənə elə gəlir ki, bizim rejissorların heç aktyor yetişdirmə haqqında düşüncələri belə yoxdur, heç bu onlara gərək də deyil. Mən bir şeyə məəttəl qalmışam ki, bizdə hansı mərhələyə qədərsə teatrda səni yetişdirirlər, yaxşı rollar oynayırsan, ancaq böyük şəxsiyyət, yaxşı və mükəmməl aktrisa olandan sonra hamı səninlə düşmən olur. Çox qəribədir... İnanın ki, bunun səbəbini bilmirəm. Axı bizlər həmin rejissorun tamaşalarında böyümüşük. Hər zaman böyük yerlərdən gələndə onların qarşısına bizi çıxarıblar, o rejissorlar bizim tamaşalarımızla hörmət qazanıblar. İndi niyə biz belə lazımsız olmuşuq? Sağdan da, soldan da bizi vururlar. Onsuz da biz çətin bir zəmanədə yaşayırıq, bu nəyə lazımdır? Nə yaxşı ki, Mədəniyyət və Turizm Nazirliyi var. Mədəniyyət Nazirliyi olmasaydı, mən Bəsti Cəfərova ötən ilin 90-cı ilindən bu yana indi nə Afəti, nə Fedranı, nə Xurşudbanu Natəvanı, nə də digərlərini oynayacaqdım. O illərdən məni vurmağa başlayanda arxamda Mədəniyyət Nazirliyi dayandı.
- Deyəsən, Bəsti Cəfərovanın ən böyük arzularından olan Kleopatra rolu da əlindən alınıb...
- Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, bu tamaşanın rejissoru Mərahim Fərzəlibəyov mənim arzularımın üzərindən iki xətt çəkdi. Sonra da belə aydınlıq gətirdi ki, bu rolu başqasında görür. Bu bölgünü Mərahim apara bilmədi... Kim deyə bilər ki, Mərahim pis rejissordur, o çox yaxşı rejissordur, amma bölə bilmədi. Niyə bunu bölə bilmədi, bax buna özü aydınlıq gətirsə, yaxşı olar. Mən bunun səbəblərini bilirəm. Amma Mərahimin bunu məhz başqasına verdiyini mən niyə deməliyəm ki?.. Mənim heç vaxt adamım olmayıb, buna ehtiyacım da yoxdur. Hansısa adam zəng edib mənə rol verilməsini istəsə, ölərəm. Özümə nə olub, bəyəm?! Zənglə rol alsaydım, sənətdə bir dəqiqə belə qalmazdım.
- Niyə Sizi tamaşalarda görə bilmirik? Axı tamaşaçılar Sizi tamaşalarda, böyük rollarda görmək istəyir.
- Bu mənim özümə də çox pis təsir edir. Axı bizi necə yox hesab etmək olar? Bizim bütün nəsli yox hesab edirlər. Bizim hörmətli direktorumuz Maqbet müəllim bu yaxınlarda verdiyi müsahibədə deyib ki, “Nə yaxşı ki, teatrın binası var, içində isə heç kim yoxdur. Teatrın açılışına Fuad Poladovu, Amaliyanı və Şəfiqəni də çağırmaq istəyirəm”. Bəs biz bu 30 il ərzində neyləmişik? Hansısa teatrşünaslar mənim elədiklərimi çıxdaş eləmək istəyirlər. Obraza emosiya, canlı və istedadlı aktyor lazımdır, kukla yox. Kukla görmək istəyən ona kompüterdə də baxa bilər. Bir dəqiqənin içində gülüb-ağlaya bilən insan olmalıdır. Biz yaradıcı insanıq, yaradırıqsa, yaşayırıq. Bu prosesdən kənardayıqsa, biz sadəcə ömür sürürük. Nə yaxşı ki, özümə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində məkan tapmışam. Bu teatrda görmədiyim hörməti, izzəti o universitetdə görürəm. Çox qəribə şeydir ki, yaşın, sanballılığın, sənətkarlığın artdıqca, biz teatrdan yox, kənardan hörmət görürük. Bizi ətraf sevir, ancaq öz içimizdə bizə heç hörmət eləmir.
- Sizi narahat edən bu problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət etmisinizmi?
- Bəli, etmişik. Yəqin ki, aidiyyəti qurumlar buna bir çözüm tapacaq. Bu, təkcə mənim problemim deyil, mənim kimi çox aktyor var, oturub qocalmalarını gözləyirlər. Mən evdə oturub, yalandan pul almaq istəmirəm, bu mənə lazım deyil, işləmək, tələb olunan aktrisa olmaq istəyirəm. Bunu istəyirəm, gərək bu imkanı mənə yaratsınlar da... 2000-ci ildən bu yana rejissorlardan yalnız Mehriban Ələkbərzadə səhnələşdirdiyi “Poçt şöbəsində xəyal”, 2003-cü ildə isə “Afət” tamaşalarında mənə rol təklif edib. Qalan rolları isə Mədəniyyət və Turizm Nazirliyinin göstərişi əsasında almışam. Normalda isə bu belə olmamalıdır. Nəyə görə mənə rolu nazirlik verməlidir? Mən bu istedadın bəhrəsini indi görməli idim axı... Çox təəssüf olsun ki, aktyorluq çox asılı sənətdir. Biz rejissordan asılıyıq. Gərək, rejissor rolu mənə versin ki, oynayım. Əgər rejissor mənə rolu vermirsə, gedib rejissora rol verməsi üçün yalvarası deyiləm ki... Ömründə heç bir rejissora rol üçün yalvarmamışam, dalınca düşüb rol dilənməmişəm, dilənmərəm də...
- Zənglərlə, tapşırıqlarla 135 illik tarixi olan Milli Teatrımız haraya gedib çıxacaq?
- Bilmirəm, onu bizim baş rejissorumuzdan, direktorumuzdan soruşun, onlar məndən daha yaxşı bilərlər bu teatrı bu vəziyyətlə hara aparacaqlar. Ancaq hər çıxışlarında bildirirlər ki, teatr yoxdur. Maraqlıdır ki, bunu deyən də eləyən də özləridir. Teatr necə olmaya bilər ki, bizlər hələ varıq? Biz axı ölməmişik, biz sağıq. Mən, o cür Nurəddin Mehdixanlı...
- Amaliya Pənahovanın, Şəfiqə Məmmədovanın, Fuad Poladovun teatra dəvət olunacağı xəbəri Sizə niyə pis təsir etdi ki?
- Məgər Amaliya xanım bu teatrda olanda mən rollar oynamırdım? Onun öz yeri, mənim öz yerim var idi. Gəlsinlər, onlar da oynasınlar, ancaq bizi inkar etməsinlər. Kim deyə bilər ki, Amaliya xanım, Şəfiqə xanım pis aktyordur. Onlar bizim sələflərimizdir, biz onların hörmətini saxlayırıq, amma bizi çıxdaş eləməsinlər. Çünki onlar 30 ildir, teatrdan çıxıb gediblər və bu 30 il teatrın ağır yükünü Nurəddin Mehdixanlı, Bəsti Cəfərova çiyinlərində daşıyıb. Bir görüş, ya da bir mərasim olanda niyə “Azdrama”nın adından məni ora salırlar. Əgər mən “Azdrama”nın simasıyamsa, niyə məni çıxdaş edirsən? Bəs niyə aktyorlarımız cavan yaşında dünyalarını dəyişirlər? Hamısı da ürəklərindən ölürlər. Bəs bu mənə az təsir elədi? Bunu oxuyanda, düşündüm ki, 30 illik ömrüm siz demə boşa gedib. Mən heç yaşamamışammış, oynadıqlarım bir heç imiş. Mən də başqaları kimi xanım-xatın həyatı seçib keflə yaşaya bilərdim, amma mən bu ağır həyatı seçdim. Çox çətindir. Axı, Allah göydən baxır! “Dərviş” mükafatından adımı çıxardılar. Niyə pis oynamışdım, məgər?! Bir o mükafatı alanların siyahısına baxın, orada görün kimlərin adı var... Bəsti Cəfərova xalq artistidir də, xalq düşməni deyil ki... İndi deyirlər ki, teatrımızın sütunu Mikayıl Mirzə idi. Elə Mikayıl Mirzənin ürəyini siz partladınız da. Mikayılı incidən adamlar, indi onu sütun ediblər. Mikayılın qədrini onda bilərdiniz də. Yanar sinəli, od-alovlu Mikayıl idi. Harada idi onun o rolları? Mikayıl birinci Elxanı mənimlə oynadı, ən böyük rolu o oldu. Mikayıl Mirzənin yaradıcılığına baxın, ancaq bədii qiraət gedir. Oynadığı rollar da tək-tük idi. O cür aktyorun qədrini bilmədiniz, qoymadınız rollar oynasın. Sonra deyirlər ki, sənət yoxdur, sənətkar yoxdur. Xeyr, yaxşıların başını üzürsünüz, sevmirsiniz yaxşıları. Çox qəribədir, mən bu sualın cavabını tapa bilmirəm ki, niyə yaxşı aktyorla düşmən olurlar?
- Belə məlumatlar var ki, Maqbet Bünyadovun bu sözlərindən sonra teatrın aktyorları toplaşıb şikayətə getmisiniz...
- Biz heç kəsin evini yıxmağa getməmişik. Öz nəslimizin nümayəndələri getdik bildirməyə ki, biz teatrda ölməmişik, varıq. “Büllur sarayda” tamaşasında Amaliya xanım da, mən də oynayırdım. Mənim rolum ikinci dərəcəli idi, heç də ondan pis oynamamışdım, hətta deyərdim ki, ondan yaxşı oynamışam. Gürcüstanda çıxan qəzeti saxlamışam hələ, oradakı məqalədə “Tamaşada istedadlı azərbaycanlı aktrisa Bəsti Cəfərova”, sonra isə digər rolların ifaçılarının adı yazılıb. Ən real qiyməti onlar verirlər. Biz getdik “Mədəniyyət” qəzetinə öz etirazımızı bildirməyə ki, 30 il bu qədər işlər görmüşük, bizim ömrümüzün üstündən xətt çəkirlər. Etirazımızı baş nazirin müavini Elçin Əfəndiyev, eləcə də mədəniyyət və turizm nazirimiz oxudu, bizi dəvət elədi. Tək mən və Nurəddin Mehdixanlı yox, teatrın 17 xalq artisti dəvət etdilər. Hamı da eyni mövqedən çıxış elədi ki, real vəziyyət budur. Yaxşı aktyorlar oturub evdə, pislər meydan sulayır. Məgər biz orada kiminsə evini yıxırdıq, düzgün olmayan nəsə deyirdik? Mərahim Fərzəlibəyov çox yaxşı rejissordur, baş rejissor olmamışdan əvvəl də çox yaxşı işləyirdi. İndi özünə yeni heyət yığıb, o heyətlə nə eləmək olar? O heyətlə nəinki Mərahim, dünyanın ən tanınmış rejissoru gəlsə, heç nə eləyə bilməz. Çünki quyuya su tökməklə quyu dolmur. Aktyor istedadsızdırsa, onda istedad yaratmaq olmaz. Aktyor ya istedadlıdır, ya istedadlı deyil.
- Bəsti Cəfərova səhnə üçün özünə yaş həddi qoyubmu?
- Bilirsiniz, Hökumə Qurbanova ölənə qədər oynadı, amma artıq o deyildi. Yaş keçdikcə artıq biz, elə mən də yaşa dolduqca özümə pis təsir edir. Bilirsiniz, məsələ burasındadır ki, aktrisanın yaşı ötdükcə, arzu elədiyi rollardan get-gedə uzaqlaşır. Təəssüf hissi ilə baxırsan ki, mənim bəxtimə filan rol düşmədi, mən onu oynaya bilərdim, amma məqam gətirmədi, rejissor götürmədi. Bircə onu deyim ki, “Məhv olmuş gündəliklər” tamaşası mənim bu teatrda gördüyüm birinci tamaşa idi. Mən illər ərzində Fəridə rolunu oynamaq istəmişəm, amma qismət olmayıb. Ötən il 50 yaşım tamam oldu, heç kim heç yerdə heç nə demədi... Amma mən özümü 50 yaşında yaşlı, ağır hiss eləmirəm, bəlkə də eləyəm... Əvvəllər özüm üçün yaş həddi qoymuşdum, indi görürəm ki, o həddi aşa-aşa gedirəm.
- 50 illik yubileyiniz niyə qeyd olunmadı?
- Mənim 50 yaşım tamam olanda teatr istirahətə çıxmamışdı. Heç olmasa, iyunun 13-də adıma hər hansı bir tamaşamı salıb, məni bir dəstə güllə təbrik edə bilərdilər. Mən də deyərdim ki, teatrım məni saydı. Mənim teatrım bunu eləmədi. Nə direktor, nə baş rejissor zəng edib təbrik elədi. Amma 6 il işlədiyim universitet mənim ad günümü keçirdi, mənə hədiyyə verdilər. Bütün bunları kim elədi, əlbəttə rəhbər, başçı. Bu bir sənətkarı yaşatmaq deməkdir. Ancaq 30 il işlədiyim teatr bir təbriki belə qıymadı mənə.
- Sözlərinizdən belə anladım ki, Akademik Milli Dram Teatrındakı mövcud vəziyyət davam etsə, özünüzü bütövlükdə İncəsənət Universitetinə, tələbələrə həsr edəcək, teatrdan uzaqlaşacaqsınız...
- Siz mənə bu gün seçim qoysanız, mən universiteti inkar etmərəm. Bu durumda bundan fərqli qərar verməyim mümkün deyil. Belə bir deyim var: “İnsan özünü daha çox harada lazımlı bilirsə, daha çox tələb olunduğunu hiss edirsə, orada da olmalıdır”. Haqq etdiyim, qazandığım hörməti mənə etmirlərsə, niyə burdan asılıb qalmalıyam? Məgər gedib yalvarmalıyam ki, mənə rol verin?..
- Akademik Milli Dram Teatrının rəhbərini necə görmək istəyərdiniz?
- Fikrimcə, teatr rəhbəri heç bir vəchlə aktyor olmamalıdır. O ruslardadır ki, düzgün işləyirlər. Qismən bu düzgünlük Adil İsgəndərovda da var idi, bəlkə də ona görə ki, onun həyat yoldaşı rus idi. Hansısa aktyorla davası belə düşəndə, onu sənətə aid etmirdi. Teatrın rəhbəri inzibatçı olmalıdır, Maqbet Bünyatov kimi yox... Əliqismət Lalayevin ixtisası rejissordur, bax onun kimi bir rəhbər olmalıdır. Ya da Cənnət xanım Səlimova kimi öz ideallarına, teatra sadiq olan düzgün bir insan lazımdır. O vaxt Kamera Teatrının aktyorları üçün Cənnət xanım ağlayırdı. Teatr rəhbəri intiqamçı, qisasçı olmamalıdır. Mən rol alanda direktorun otağına gedib, rol almağımdan narazılığını bildirən aktrisalar var. Axı faciə yükünü daşıya bilməyən aktrisaya bu rolu necə vermək olar? Melodrama aktrisasınızsa, heç vaxt faciə oynaya bilməyəcəksiniz. Yaxud mən melodram oynasam, onu çevirib edəcəyəm psixoloji dram. Çünki mənim təbiətim belədir. İstedadlı olmağım kimlərdəsə qıcıq yaradır. Bəli, anam məni belə - istedadlı dünyaya gətirib.
- Məleykə Əsədova ilə danışırsınız?
- Hərdən salam verir, salamını alıram, hərdən düz keçir yanımdan, mən də düz keçirəm. İnsan kimi pis insan deyil, deyilənə görə çox səmimidir. Girib kabinetdə evlər yıxan səmimi insanları görmüşəm, hansısa müvəffəqiyyətimdən ağlaya-ağlaya ürəyi gedənləri də... Sayanın quluyam, saymayanın ağası. Mən istedadlı insanam, öz çəkimi də, yerimi də, savadımı da bilirəm.

İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb