Aktrisa Sevil Xəlilova: “Prezident təqaüdü almasam, heç metrodan da istifadə etməyə gücüm çatmaz” - MÜSAHİBƏ - FOTOSESSİYA
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Sevil Xəlilovanın APA-ya müsahibəsi
Dosye. Sevil Xəlilova 1953-cü ildə Bakıda anadan olub. 1969-70-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində “kino aktyoru” kursunun axşam şöbəsində oxuyub, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında Nazim Hikmətin «Şöhrət və ya unudulan adam» psixoloji dramında Professorun qızı rolunu ifa edib. Akademik Milli Dram Teatrında milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərində maraqlı rollar yaradıb. «Kölgələr pıçıldaşır»da Çeşmə, «Şəhərin yay günləri»ndə Qumru, «Dəli yığıncağı»nda Zəvvar, «Əliqulu evlənir»də Humay, «Kimdir haqlı?»da Məlahət, «Büllur sarayda» Səadət, «Təhminə və Zaur»da Mədinə, «Nişanlı qız»da Zərifə, «Vaqif»də Gülnar, «Poçt şöbəsində xəyal»da Züleyxa, «Afət»də İlçay və digər rolları uğurla ifa edib. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İlyas Əfəndiyevin «Atayevlər ailəsi”ndə Mehrican, Mirzə Fətəli Axundovun «Hacı Qara» əsərində Sona, Ənvər Məmmədxanlının «Şərqin səhəri» əsərində Nataşa, Altay Məmmədovun «Kişilər» əsərində Səlimə, Anarın «Ötən ilin son gecəsi» əsərində Gülarə, Ruhəngiz Qasımovanın «Yollar görüşəndə» əsərində Rahidə, Aslan Qəhrəmanovun «Müsabiqə» əsərində Sevinc və başqa rolları qeyd etmək olar.
- Sevil xanım, haralardasınız? Bir ildən artıqdır ki, biz Sizi rollarda görmürük.
- Çox şükür, yaxşıyam. Haralardayam deyəndə ki, elə Bakıdayam, doğma teatrımdayam, universitetdəyəm. Çalışıram ki, teatrda öz rollarımla çıxış edim. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris edirəm. Bu sənətdə müəllimlərimdən, rejissorlarımdan, tərəf müqabillərimdən öyrəndiyimi, dərk etdiyimi özümdən sonra gələn nəsillərə ötürməyə çalışıram. Son bir ildə teatrda rolum olmayıb. Əslində biz Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” əsəri üzərində işə başlamışdıq. Tamaşanı Rövşən Almuradlı hazırlayırdı. Biz masa arxası və qaralama quruluş məşqlərini də etdik. Ancaq məkan etibarı ilə şəraitsizlikdən bu tamaşanı saxladıq. Çünki tamaşanın quruluşu özü böyük səhnə tələb edir. 10 -18 kvadratlıq otaqda böyük səhnə mizanları qurmaq çox çətindir. Ümidvaram ki, teatrın təmiri başa çatdıqdan sonra binamıza qayıdıb bu tamaşa üzərində işimizi davam etdirəcəyik. Bu əsərdəki rolum son dərəcə ürəyimcədir və maraqlı bir roldur. Arzu edərdim ki, imkan yaransın və mən bu rolumla tamaşaçıların görüşünə gedə bilim. Son rollarım arasında Mir Cəlal Payaşevin “Dirilən adam” tamaşasında Telli, İsmayıl Şıxlının “Ölənləri qəbiristanlıqda basdırın” əsərində Güləndam ana obrazları var. Buna qədər də mənim çox rolum olub. Yadda qalıb, ya qalmayıb bunu deyə bilmərəm.
- Sizinlə müsahibə götürmək istəyimizi bildirəndə şərt qoydunuz ki, “əgər sensasiya axtarırsınızsa, razı deyiləm”. Sizcə, bugünkü teatrda sensasiya axtarmağa gərək var, yoxsa elə o sensasiya həqiqətən də mövcuddur?
- Bilirsiniz, bəzən bu cür söhbətləri izləyirəm və bəzən bunlar elə sənətə aidiyyəti olmayan suallardır. Biz ancaq oynadığımız tamaşalardan, rejissorlarımızdan, tərəf müqabillərimizdən danışa bilərik. Mənim üçün kimin nə etdiyi və necə yaşadığı maraqsızdır. Bu gün mən Azərbaycan teatrının vəziyyətinin çox gərgin və ağır olduğunu deyə bilmərəm. İşləyən və zəhmət çəkən insan üçün heç bir iş çətin, ağır deyil. “Mən-mən” deməklə heç bir şey düzəlmir. Mən olmaq üçün mənə yetişmək lazımdır. Sənə veriləni elə səviyyəyə gətirməlisən ki, sən o mən ola biləsən. “Mənə bunu vermədilər”, “Buna çata bilmədim” - bu tip düşüncələri qəbul edə bilmirəm. Hər bir insan səy göstərməli, çalışmalıdır, daha bunu kiminsə üstünə atmaq düzgün deyil. Düzdür, bəzən həyatda elə hallar olur ki, bu gün almalı olduğunu bu gün almırsan, sabah qazanmalı olduğunu beş gün sonra əldə edirsən. Bunları şişirtmək, sui-istifadə etmək, sensasiyaya çevirməyə lüzum yoxdur. Hər kəsin öz qisməti, tale payı var.
- 57 yaşlı aktrisamız xalq artisti fəxri adına layiq görülməməsini də gecikmə ilə əlaqələndirir?
- Mən böyük səhnəyə hələ tələbə ikən gəlmişəm. Böyük və kiçik rollar üzərində çalışdıqdan və çox əziyyətlər çəkdikdən 13 il sonra Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşəm. Həmin dövrlərdə elə ay olurdu ki, mən 24, ya 26 tamaşa oynayırdım. Bu adı da mən çox fəxr və şərəflə daşıdım, çünki bu 13 illik zəhmətimin bəhrəsi idi. Bundan sonra düz 16 il sonra, 2002-ci ildə çoxsaylı rollardan, qastrol səfərlərindən sonra Azərbaycanın əməkdar artisti fəxri adına layiq görüldüm. Məhz 29 ildən sonra mən əməkdar artist adını qazandım. Amma iş orasındadır ki, o ad mənim üçün çox qiymətlidir və zəhmətimin bəhrəsidir. Mən bu adı halallıqla daşıyıram. Bu ad məhz mənimdir. Heç kim deyə bilməz ki, “bu adı Sevil xanıma verdilər və yaxud adı aldı”. Bunu mən qazandım. Üzərindən 5 il keçəndən sonra prezident təqaüdünə layiq görüldüm. Düzdür, mənim taleyimdə hər şey gecikə-gecikə olur, amma buna da şükür deyirəm. Ola bilərdi ki, heç bu da olmasın... Sənətə gələn zaman çox böyük sənətkarlar görmüşəm və o vaxtlar o sənətkarların fəxri adları yox idi. Mən Hamlet Qurbanovun, Bürcəli Əsgərovun fəxri adının olmamasını gördükdən sonra necə özümə ad istəyə bilərdim? Mən hər zaman subordinasiyanı gözləmişəm.
- Sizdən çox sonra sənətə gələn həmkarlarınızı biz bu gün xalq artisti görürük. Bəs onlara baxıb peşman olmursunuz?
- Hamı kimi mən də istəyirəm... Ancaq şəraiti də nəzərə almaq lazımdır. Bəzən insanların taleyində elə olur ki, kimsə qabağa düşür, bir qədər tələskənlik olur. Amma istərdim ki, sənətdə olan insanın həyatında hər şey zamanında olsun. Hər bir sənətkar məqamında, yerində layiq olana layiq görülürsə, yaşamaq stimulu, istəyi, tələbkarlığı da artır. Bəzən doğrudan da gecikir bunlar. Həqiqətən də hamı üçün yaxşı olmaq qeyri-mümkündür. Bilirsiniz, əslində əməkdar artist fəxri adı limitlə verilməlidir. Teatrlarımızda 300-500 aktyor var. 300-500 içərisində əməkdar artist adı 50 nəfərə verilməlidir, bu adı 300-ün hamısına vermək olmaz ki... Seçim isə düzgün aparılmalıdır. Düzgün olmayan məqamlar da olur. Haqq nazilər, üzülməz. Mənim haqqımı nə qədər dartsalar da, o rezin kimi dartılacaq, dartılacaq – birdən kiminsə əlindən çıxacaq və qayıdıb həmin adamın öz əlinə dəyəcək və onun əlini yandıracaq. Polad sınar, əyilməz. Mən özümü polad bilirəm. Məni sındırmaq mümkün deyil. Kiminsə qapısını döyüb, kimdənsə xahiş edim, kimisə pisləyim, kiməsə yaxşı deyim ki, mənim haqqımı mənə versinlər? Bunu həyatı boyu etmərəm. Bilirəm ki, insanın mənəviyyatı nə qədər təmiz olursa, gec olur, güc olar... Haqqımdır, haqqımı mənə qaytararlar. Niyə də mənim haqqım mənə verilməsin? Nə üçün verilməsin? Axı vəzifədə oturan şəxslər hər şeyi görürlər, onların qarşısına siyahılar qoyulur. O siyahıya baxanda istər-istəməz onlar məni görməlidir. Mənə elə gəlir ki, görəcəklər, görməyə də bilməzlər. Çünki haqqım var, haqqım olmasa danışmıram. Amma haqqı olmayan bar-bar bağırır, çığırır, hansısa qapıları döyüb tələb edir... Bəzən haqqı olmayanlar elə danışırlar ki, o vəzifədə oturan insan da çaşır, bilmir nə etsin. Oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Kimliyindən asılı olmayaraq hər bir sənət insanına hər şey əməyinə, zəhmətinə görə və məqamında verilməlidir. Bu zaman heç bir kəsdən incik qalmırsan. Sənət adamına hər şeydən əvvəl tamaşaçı alqışı lazımdır. Sonra da əgər əməkdar, xalq artisti fəxri adları, “Şöhrət” ordeni verilmə ənənəsi varsa, məqamında insanlara verilməlidir ki, onun ləzzətini duyasan. Qocalanda, 80 yaşında xalq artisti adı kimə lazımdır?! Təqaüdlər, mükafatlar da zamanında verilməlidir ki, sənətkar öz ehtiyaclarını ödəyə bilsin. Mədaxil məxarici ödəməlidir, əgər mədaxil məxarici ödəmirsə, hər yerdə çətinlik, narahatçılıq, narazılıq olacaq.
- Sənət insanına lazım olanları sadaladınız. Siz də bütün bunlar yerindədir?
- Bəziləri üçün var, yəni kimlərsə məqamında edə biliblər. Kimlərsə özünə çox gözəl şərait qurublar, kimlərdəsə bu alınmayıb. İnsan bir az çətinlik çəkir. Bilmirsən bütün bu çətinliklər insanın özündənmi, yoxsa atmosferdənmi irəli gəlir. Çox şeylər var ki, insanlar özləri-özlərini təcrid etməməlidir. “Ona verdilər, mən gedib o alanın yanında niyə oturmalıyam”, və ya “filankəs üçün nə isə oldu, mən niyə orada iştirak etməliyəm” və s. Olur təki olsun, beş də artıq olsun, Allah mənə də versin, mənim də payıma bunu yazsın. Bəli, ola bilər ki, mənim haqqım tapdanır və kimsə bir qədər irəliyə düşür, ancaq nə olsun...
- Bütün bu gecikmələrin səbəbini özünüz üçün araşdırmamıısınız?
- Xeyr. Düzdür, bu zamana kimi çox rollar oynamışam, çox obrazlar yaratmışam, ancaq bu məndən asılı olan məsələ deyil. Həmin o təqdimatı verən insanlar verəndə bilməli idilər ki, mən o adlı kimdənsə əvvəl almalıyam.
- Təqdimatı isə işlədiyiniz teatrın rəhbərliyi verir...
- Təqdimatı verən, o cür verib, mən nə deyə bilərəm ki. Onların fikrincə, kimsə məndən əvvəl almalıdırsa, demək həmin adam bu ada layiq imiş. Hərə öz düşüncəsi, öz əqli, öz şüuru ilə iş görür. Mən öz ağlımı kiminsə ağlının yerinə qoya bilmərəm. Heç zaman gözə girməyə çalışmamışam, çünki bilirəm ki, heç bir şeyi yalandan eləmirəm. Zəhmətlə iş görürəm, zəhmət isə heç zaman yerdə qalmır. Ulu Tanrı zəhmət çəkən heç bir insanın zəhmətini yerdə qoymur. Yenə də deyirəm, Allah gec edər, güc edər. Haqqımdırsa, demək onu qazanmalıyam. Əgər kimlərsə mənim haqqımı tapdayırsa, bunu Yaradan görür və bilir.
- Bu cür münasibətlər Sizdə teatrdan uzaqlaşmaq fikri formalaşdırmayıb ki?
- Bu cür hal bir dəfə baş vermişdi. Bir zamanlar işim çox az idi, rollarım yox idi, düşünürdüm ki, artıq mənə teatrda ehtiyac yoxdur, rejissorlar məni obrazlarda görmürlər və işdən çıxmağa qərar verdim. Gəldim teatra, gördüm ki, teatrın bir pilləkəndən biri qalxır, biri düşür. Öz-özümə dedim ki, işdən çıxacağam və mənim yerimə bunlar gələcək? Elə həmin anda fikrimdən daşındım. Sənətsiz yaşaya bilmərəm, xəmirim sənətlə yoğurulub. Biz ailədə 10 uşaq olmuşuq. Atam və anam savadsız olub, atam ümumiyyətlə hərif tanımayıb. Amma dünyaya 10 övlad gətiriblər və hər biri ali təhsillidir, özünə görə savadı var. Bir çoxları deyir ki, Hökumə Qurbanova, Məxluqə xanım sənətlərinə qısqanclıqla yanaşıb. Bu sənətkarların mənim səhnədə ilk addımlarımda şəxsən çox məsləhətləri olub, bunu necə dana bilərəm? Özüm də çalışıram ki, sənətə yeni gələn aktyor və ya aktrisalara bilmədiyi nəyisə öyrədim.
- Bir müddət əvvəl Dövlət Akademik Milli Dram Teatrında teatrın rəhbərliyindən ciddi narazılıq baş qaldırmışdı. Siz necə yanaşdınız bu məsələyə?
- Sözün düzü, həmin ərəfədə topuğum sınmışdı, xəstə idim və heç bir yerə gedə bilmirdim. Bunlar haqqında da məlumat mənə sonradan gəlib çatdı. İnana bilmirəm ki, sənət yoldaşlarım belə bir şikayət ediblər. Şikayəti edən insan səbəbini göstərməlidir – hansı əsərdə hansı rol kimə verilməli idi, kimə verildi. Ümumilikdə mən də çox söz deyə bilərəm, mən də çox şey istəyirəm - yaxşı maddi durum, yaxşı ev, özümə lazım olan yaxşı rol istəyirəm. Amma iş orasındadır ki, gəlirsən, rol bölgüsü olur, baxırsan ki, rol bölgüsündə sənin də adın var. Bu, mənim üçün daha qiymətlidir. Demək rejissor məni görüb, məni bu obrazda hiss edib, qəbul edib və demək mənimlə işləmək istəyir. Bizim aktyor heyətimiz çox böyükdür. Səhv etmirəmsə, 35-dən yuxarı aktrisamız var. Hər əsərdə bir və ya iki qadın rolu varsa, rejissor 35 aktrisadan hansına rol verməlidir. Bizdə əsər götürüləndə bunlar nəzərə alınmalıdır. Hər bir rolda iki aktyor və ya aktrisa olmalıdır, yəni dublyor olmalıdır. Kimlərsə dublyor rol istəmədiyini deyir. Ancaq mən ikinci dublyor istəyirəm. Ona görə yox ki, mən aradan çıxım, o məşq eləsin, hərdənbir gəlib görünüm gedim, xeyr. Mən şəxsən kiminlə dublyor oluramsa, hər zaman həmin şəxsə məsləhətlər də verirəm. Teatr rəhbərliyi ilə münasibətim isə normaldır. Maqbet müəllim topuğum qırılanda zəng elədi, maraqlandı. Bunu necə unuda bilərəm? Əgər pis işçi olsaydım, işimə laqeyd yanaşsaydım, o zaman məni də çağırıb nə isə xəbərdarlıq edərdilər.
- Deməli, teatrın aktyor və aktrisaların rolsuz qalması əsər seçiminin yanlış olması ilə əlaqəlidir?
- Əsas problemlərdən biri hazırda yazarın olmamasıdır. Bəzən iclaslarda, yığıncaqlarda danışılır ki, teatrın təmiri başa çatdıqdan sonra çoxsaylı gözəl əsərlər səhnəyə qoyulacaq və klassikaya müraciət olunacaq. Fikrimcə, klassik əsərlərdə də həm gənc, həm də yaşlı nəsil üçün gözəl obrazlar olacaq. Buna ümid edirəm və bunu arzulayıram. Bir də ki, rejissor yozumunun düzgün olması əsas faktorlardan biridir. Tamaşada gərək ikili fikirlər yaranmasın. Əsas gözəl əsərlər lazımdır, ikinci növbədə isə o gözəl əsərləri tamaşaya qoyan gözəl rejissorlar. Üçüncü də düzgün rol bölgüsü lazımdır. Arada eşitdim ki, belə bir söhbət var – “mən qalmışam, filankəs mənim yerimə rol bölgüsü aparır”. Əgər mən rejissoramsa, mənim yerimə heç kəs rol bölə bilməz. Əgər mən Sevili görmürəmsə, mənə zorla Sevili göstərmək olmaz. Əgər mən kiminsə sözü ilə oturub-dururamsa, o zaman özümü rejissor hesab eləmərəm. Eyni zamanda əsas səbəblərdən biri də teatr tənqidinin olmamasıdır. Tənqid teatrın inkişafında çox böyük rol oynayır. Aktrisanın geyiminə, görünüşünə yox, sənətinə baxılmalıdır. Ancaq bəzi hallarda biz bu seçimin şahidi oluruq. Gərək heç bir rejissor və ya aktyor işinə “quş qoymaq” xətrinə, yəni “filankəs filan əsəri də səhnələşdirdi” və ya “filankəs filan rolu da oynadı” desinlər deyə kimi yanaşılmamalıdır. Əsas o rolu oynamaq deyil, əsas odur ki, desinlər ki, filankəs filan rolu yaratdı. Hər bir insanda yaratmaq istəyi olmalıdır. Elə insanlar var ki, düşünürlər ki, xalq artistidirsə, daha heç nə etməyə bilər. Ancaq bundan sonrası daha çətindir, çünki aktyor o adı doğrultmalıdır. Bu aləmdə elə insanlar tanıyıram ki, heç ad hayında deyillər, elə düşünürlər ki, mənə bir az pul versinlər, daha heç nə lazım deyil. Maddi çıxıntı insanlarda bu cür problemlər yaradır. Kimlərisə ad-san maraqlandıra bilər... Sözün düzü, məni elə çox yerlərdə xalq artisti kimi təqdim edirlər, biləndə ki, əməkdar artistəm, inanmırlar. Tamaşaçılar məni ya mağazada, ya ictimai nəqliyyatda görəndə dərhal tanıyır. Bəzən soruşurlar ki, niyə görünmürsünüz, efirə çıxmırsınız? Mən televiziyada hansı verilişə çıxım? Hazırda elə bir veriliş görmürəm ki, sənətimdən danışa bilim. Elə hamı çıxıb deyir ki, “mən belə yaratmışam, mən belə oynamışam, məndən yoxdur, mən bir dənəyəm”... Mən getsəm deyəcəyəm ki, Sofa xanım belə oynayıb, gözəl obrazları olub. Düzgün informasiya çatdırmalıyam.
- Rejissorlar Sizi niyə baş obrazlarda görmürlər?
- Elə tamaşalar olur ki, baxıram və deyirəm ki, bu rolu mən çox gözəl oynayardım, amma... Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr aktyoru kafedrasında dərs deyirəm. Mən rejissuranı oxudum, öyrəndim, dərinliklərinə getdim, 25 il teatrda çalışdım və bu müddətdən sonra instituta dərs deməyə gəldim. Çünki artıq özümdə bu gücü hiss etdim. Pedaqogika başqa bir şeydir, ola bilər ki, hər şeyi bilə bilərsən, ancaq bu bilgini başqasına ötürmək son dərəcə çətindir.
- Bəlkə pedaqogikaya üz tutmağınızın səbəbi bu sənətdən inciməyiniz olub?
- Yox mən aktrisalıqdan, sənətdən küsmədim, sadəcə boş qalan məqamlarımı, vaxtımı səmərəsiz istifadə etmək istəmədim. İnsan ömrüdür, su kimi axıb gedir. Niyə boş oturmalıyam?
- Deyirlər teatrın təmirindən sonra ciddi şəkildə islahatlar və ixtisarlar olacaq. Bunun tərəfdarısınız?
- Teatrda islahatların olmasını istəyirəm də, istəmirəm də. Çünki elə insanlar var ki, bütün ömürlərini bu sənətə və teatra bağlayıblar, özlərini teatrdan kənar təsəvvür edə bilmirlər. Əgər bu islahatlar onlara şamil olunacaqsa, qətiyyən istəmirəm. Bizdə aktyor heyəti çoxdur. Yəqin ki, bu islahatlar aparılan vaxt ağıllı-başlı insanlar yığışacaq və yararlı, yararsız məsələsini ayırd edəcəklər.
- Yaşayışınız necədir? Deyəsən maddi sıxıntılarınız var.
- Pis deyil, adi insan yaşayışıdır. Çalışıram ki, aldığım mədaxil məxaricimi ödəyə bilsin. Mən ümumiyyətlə hər şeyin yaxşısını istəyirəm, amma əgər yaxşıların yaxşısını əldə edə bilmirəmsə, əlimdə olana qane olmağı, nəfsimi boğmağı bacarıram. Əlbəttə daha yaxşı yaşaya bilərdim. Ümumiyyətlə, haqqımı gözləməyi bacaran insanam.
- Sizi çox hallarda metrodan istifadə edərkən görürük. Avtomobildən istifadə etmirsiniz?
- Mənim maşınla gedib-gəlmək imkanım yoxdur. Ömür-gün yoldaşım sağ olanda maşınımız da var idi. Mən indi əmək haqqı və prezident təqaüdü ilə dolanıram. Əgər o mükafat olmasa, heç metrodan da istifadə etməyə gücüm olmaz... Bir qızım var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həm bakalavr, həm də magistr pilləsini bitirib. Düzdür, ailə şəraiti ilə əlaqədar işləmir. Qızım ailəli olub, indi qızım və 4 yaşlı nəvəmlə bir yerdə qalıram. Mən belə qərar qəbul etdim ki, onlar mənimlə birgə yaşasalar, mənə, özlərinə, cəmiyyətə yaxşı olar. Dünyaya əgər övlad gətirirsinizsə, onun ağrısını da, acısını da çəkməlisən. Övladı cəmiyyət yararsız şəkildə böyütməsindənsə, bu şəkildə böyüməsi daha yaxşıdır. Bu qərarımdan heç peşman deyiləm. Bilirəm ki, Tanrı mənə o qüvvəni verəcək ki, onları saxlaya bilim.
- Mobil telefondan istifadə etməməyiniz də maraqlıdır. Mobil telefonu xoşlamırsınız?
- Yox, bəzən lazım olanda düşünürəm ki, gedib alacağam, ancaq yenə də almıram. Düşünürəm ki, məni axtaran onsuz da harada olsa tapacaq. Siz məni ev telefonu ilə tapdınız, deməli bunu ürəkdən istəyirdiniz. Sizə lazım idim, siz məni axtarıb tapdınız. Fikrimcə, mobil telefon çox hallarda insanlara mane olur. Kiməsə lazımamsa, həmin şəxs məni mütləq tapacaq... Əqidəm də dəyişməmişəm, hər zaman deyirəm ki, mənəvi təmizlik partiyasının üzvüyəm. İnsan nə qədər sağa-sola ləngər vurursa, bütün bunlar özünü onun simasında göstərir. Bəzən efirlərdə belə söhbətlərə rast gəlirəm “qızımı ərə vermişəm, oğlumu evləndirmişəm, özüm isə sevirəm”. Bu, dəhşətdir.

İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb