Rafiq Əzimov: “Mən toylara tamada gedən aktyorlardan deyiləm” – MÜSAHİBƏ – FOTO
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti, prezident təqaüdçüsü Rafiq Əzimovun APA-ya müsahibəsi
- 1962-ci ildən Dövlət Akademik Milli Dram Teatrında çalışırsınız. Eyni zamanda bu illər ərzində bir çox filmlərdə yaddaqalan obrazlar yaratmısınız. Hələ yorulmamısız ki?
- Bu sənəti seçən hər bir kəs üzləşəcəyi çətinlikləri bilir və bütün bunları göz önünə alır. İnstitutun birinci kursunda auditoriyaya girən hər müəllim bu sənətə niyə gəldiyimizi soruşurdu. Hərə bu sualı özünə uyğun cavablandırırdı. Müəllimin sualının əsas məğzi isə başqa idi. Onlar bizə deyirdilər ki, bu sənət nə ev, nə maşın, nə bağ almaq üçün deyil, əgər bunları əldə etmək istəyirsinizsə, o zaman gedin aktyor yox, başqa peşənin sahibi olun. Bu sözlər bizim qulağımızda sırğa oldu. Artıq biz bildik ki, aktyorluq çətin sənətdir. Əgər teatrda və televiziyada oynadığım rollarla tamaşaçı məhəbbəti qazanmışamsa, deməli, bu sənətdə azacıq da olsa istəyimə nail olmuşam. Amma müəllimlərimin dediyi kimi çox çətinliklə... O vaxt böyük sənətkarlar Adil İsgəndərov, Lütfi Məmmədbəyov, Mehdi Məmmədov bizim tamaşalarımıza baxırdılar və seçimlərini edirdilər. Biz onların verdiyi vəsiqə ilə bu sənətdəyik. O vaxt aktyorlara səhnədən həsrətlə baxırdıq, tamaşadan sonra oturub onların nə vaxt evə gedəcəklərini gözləyirdik ki, həmin sənətkarları yaxından görək. Amma vaxt keçdi və biz o şəxsiyyətlərlə bir səhnəni paylaşdıq...
- İndi bütün bunlar niyə bu qədər adiləşib?
- Adiləşməyib. Sadəcə, zaman öz sözünü deyir. Bunu incəsənətin bütün sahələrinə aid etmək olar. Məsələn, götürək musiqini. Hanı Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Soltan Hacıbəyov. Və ya rəssamlıqda hanı Səttar Bəhlulzadə, Mikayıl Abdullayev? Hər bir dövrün inkişaf və tənəzzül çağları olur. Biz hələ gənc ikən Ələsgər Ələkbərov vəfat edəndə hamı dedi ki, Ələsgər Ələkbərov öldü və teatr bağlandı. Amma belə olmadı, zaman başqa Ələsgərlər yetişdirdi. İndi bütün televiziya kanallarında şou tüğyan edir. Biz onlara baxmırıq, bəyənmirik. Deyirik ki, indiki gənclər sənəti, sənətkarı unudub. Amma muğam oxuyan gəncləri görəndə çox sevinirik. Necə ki, Xan, Seyid Şuşinskilər yetişdi, vaxt gələcək, adlarını heyrətlə çəkdiyimiz gözəl aktyorların davamçıları da yetişəcək. İndi də yaxşı, cavan aktyorlarımız var. Amma onların saf-çürük olunmasına ehtiyacı duyulur. Bu problemin bir ucunda da repertuar dayanır. Əgər repertuar zəngin olarsa, istedadlı gənc aktyorlar yetişər və tanınar. O səviyyəsiz aktyorlar görəndə ki, artıq sənət var və yüksək sənət tələb olunur, yavaş-yavaş kənara çəkilməyə başlayacaqlar.
- İstedadlı gənc aktyorların yetişməsi üçün çox gözləməli olacağıq?
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hər il aktyor sənəti üzrə onlarla gənc daxil olur. Əgər onlardan 2-3-ü aktyor çıxırsa, biz şükür edirik. Aktyor diplomu almaq hələ bu sənətə gəlmək demək deyil. Aktyor sənəti teatrdan başlayır. 1962-ci ildə mən bu sənətdə 40 manat əməkhaqqı ilə işə başlamışam. Diplomumda aktyor yazılsa da, mən iki il yardım heyətində çalışmışam. Yavaş-yavaş gəlib bu səviyyəyə çatmışam. Bizim xalqımız çox istedadlıdır. Hər kəsin içərisində hansısa sənətə bir meyl var, amma anadan gələn bu istedadı cilalamaq, inkişaf etdirmək lazımdır. Əsər var ki, bu günlə səsləşir, əsər var ki, bu günlə səsləşmir. Tamaşaçı da gəlib deyir ki, bunu bilirəm də, niyə izah edirsiniz bir daha? Həqiqətən indi belə tamaşaçılar da var. Tamaşaçı da 20-30 il əvvəlki tamaşaçı deyil, kompüteri qoyur qarşısına, dünyanın istənilən yerindən məlumat alır. Amma teatr canlı sənətdir. Səviyyəli tamaşaçını buna inandırmalısan. Tamaşaçıya səviyyəli səhnə əsəri təqdim etmək üçün bütün komponentlər bir yerdə cəmləşməlidir. Rəssamlıq işindən, geyimdən tutmuş, musiqiyə qədər bütün komponentlər vəhdət təşkil etməlidir.
- Sizcə hazırda teatrımızın problemlərindən biri də dramaturq çatışmazlığıdır?
- Şairə deyirsən ki, niyə yazmırsan? Deyir, təbim gəlmir. Məsələn, deyirlər ki, Qarabağ mövzusunda yazmaq lazımdır, ancaq bəzilərinin fikrincə, bu mövzu hələ yetişməyib. Dramaturq bildirir ki, hadisə var, lakin bu hələ mənim içimdə yaranmayıb. Dramaturgiya çox çətin sənətdir. Məsələn, götürək Cəfər Cabbarlını. Onun əsərləri aktyoru da, rejissoru da yetişdirirdi. Rəhmətlik İlyas Əfəndiyevin əsərləri neçə il bundan əvvəl də gedirdi, indi də gedir. Bizim müasir dramaturqlardan isə Bəxtiyar Vahabzadənin adını deyə bilərəm. Onun “Özümüzü kəsən qılınc” əsərini çox ölkələrdə oynamışıq, hər dəfə də çox gözəl qarşılanıb. İstərdim tarixi mövzulara tez-tez müraciət olunsun. “Dədə Qorqud”u şagird məktəbdə oxumaqla bərabər, səhnədə də görməlidir. O zaman tarix onun yaddaşında daha yaxşı həkk olunar. Əsgər Əsgərovun tamaşaya qoyduğu “Anlaşılmaz qətl” tamaşasında mənim bir neçə cümləm olmasına baxmayaraq, hər dəfə səhnəyə çox böyük həvəslə çıxıram. Bir var rol oynayasan maaş almaq üçün, biri də var zövq almaq üçün... Müəyyən tamaşalar tamaşaçı zövqünü oxşayır, müəyyən tamaşalar var ki, tamaşaçı zövqünə yaxınlaşır. Amma elə tamaşalar da var ki, özümüz də deyirik bunun repertuara heç bir dəxli yoxdur. Direktor İsrafil İsrafilov artıq tamaşaları saf-çürük etməyə başlayıb. Hətta qulağımıza gəlib çatıb ki, müəyyən tamaşaları repertuardan çıxarıb, hazırlanacaq tamaşalara nəzər yetirir ki, lazımdır, ya yox. Sentyabrda bizim üçün yeni səhifə açılacaq.
- Sizin Azərbaycan kinosunda da yaddaqalan obrazlarınız var.
- O zamanlar bizim xəbərimiz olmadan kino rejissorları gəlib oturub tamaşalarımıza baxırdılar, elə məni də kino üçün buradan seçdilər. “Yeddi oğul istərəm” filminə qədər məni heç kim tanımırdı. Cəmi 8 il idi teatrda işləyirdim. Bu iş belə də qurulmalıdır. Sən kimisə harasa qəbul etdirə də bilərsən, teatra işə düzəltdirə də bilərsən, ancaq səhnəyə çıxanda ağ və qara bəlli olur, istedad öz sözünü deyir. Bu sənətdə tanışlıq keçmir.
- Ancaq bir çox hallarda istedadsız aktyorun bir neçə tamaşada səhnəyə çıxdığının şahidi olmuşuq.
- Bu cür hallar olur, ancaq çox zərərlidir. Oynasın, sonra nə olacaq? İstedadı olan gəlib oynasaydı biz bilərdik ki, sənətə istedadlı adam gəlir. 2000-ci ildə mənə xalq artisti fəxri adı verildi. Həmin vaxt məndən müsahibə alan jurnalist soruşdu ki, “Xalq artisti adını alandan sonra özünüzü necə hiss edirsiniz?” Dedim, “çox pis”. O da təəccübləndi ki, “çoxları deyir, gərək mən bu adı beş il əvvəl alardım, siz isə bildirirsiniz ki, özümü çox pis hiss edirəm”. Çünki mən bu adın çox böyük məsuliyyət olduğunu anlayırdım. Sabah tamaşaçıya izahat verməliyəm ki, bu rollara görə mənə xalq artisti adı verildi. İndi tamaşaçı elə böyük sürətlə inkişaf edir ki, aktyor hər baxımdan onlardan önə keçməyi bacarmalıdır. Aktyor gərək tamaşaçını arxasınca aparmağı bacarsın.
- Teatrda və ya kinoda tərəf-müqabilin kimliyinin sizin üçün fərqi varmı?
- Əlbəttə var. Özündən zəif aktyorlarla tərəf-müqabil olmağa çalışan aktyorları anlaya bilmirəm. Mən düşünürəm ki, tərəf-müqabilin nə qədər qüvvətli olsa, sənin də o qədər öz potensialını üzə çıxarmaq imkanın olar, çünki istər-istəməz ünsiyyət səninlə gedir. Həyatda da belədir, ağıllı tərəf-müqabilinin söhbəti səni bütün mətləblərdən agah edə bilər.
- Sizin bütün obrazlarınızda üzünüzdəki məzlum ifadə sanki hansısa probleminizin olmasından xəbər verir. Həqiqətən də problemləriniz çox olur?
- Mənim ailəm, uşaqlarım var. Bunlar varsa, deməli problemlər də var. Həyatı tək özüm üçün yaşamıram, ilk növbədə ailəm, uşaqlarım, nəvələrim üçün yaşayıram. Məni hər zaman onların həyatda tutacaqları yer düşündürür. İkinci ailəm də teatrdır. Bir də görürsən istədiyin rol ürəyindən keçir, gəlib rol bölgüsünə baxanda görürsən ki, səni o rolda görməyiblər və adın siyahıda yoxdur. Bu, müxtəlif variantlarda olur. Gözü götürməzlikdən ola bilər, rol verənlərin başqa bir aktyora simpatiyası daha çox ola bilər. Sənət aləmini özünüz yaxşı bilirsiniz. Amma mən heç vaxt deməmişəm ki, bu rol niyə mənə verilməyib. Öz xəyali aləmimdə düşünürəm ki, axı niyə belə olsun? Bizə deyiblər ki, rol özü gəlməlidir, rolun arxasınca qaçmazlar. Mən belə tərbiyə almışam və belə də görmüşəm. Bu neçə ildə çox hadisələr baş verib, küsürsən də, inciyirsən də, ancaq mən hər zaman dözmüşəm. Gec olar, güc olar...
- İndi televiziya tamaşaları da çəkilmir. Bunun səbəbi nədir?
- Bu, çox pis haldır. Mən televiziya ilə çox əməkdaşlıq eləmişəm, canlı yayında çıxış eləmişəm. Televiziya tamaşalarında çoxsaylı rollarım olub. İndiyə qədər də ürəyim ağrıyır ki, onların əksəriyyətini pozublar. O zaman video yox idi deyə, hamısı məhv olub getdi. “Ordan burdan”da roluma görə çox vaxt məni İsmayıl müəllim kimi çağırırlar. “Göz həkimi”ni biz oynayanda Hamlet Qurbanov məşqə gəlmədi, mənə dedilər ki, sabah gəl məşqə. Bu obraza hazırlaşanda göz xəstəxanasına getdim, göz xəstələrini, əməliyyat keçirənləri izlədim, bütün bu prosesləri keçdim ki, rolun içinə girim. İnanmırdım ki, bu tamaşa haqqında bu günə qədər də söhbət gedə, tamaşaçı yaddaşında qala bilər.
- Bilirik ki, 10 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Sizin fikriniz necədir, gənclərimiz ümidvericidirmi?
- Test üsulu yaranandan sonra tez-tez bu sualla rastlaşırıq ki, elm lazımdır, yoxsa istedad. Bir də görürsən bir qız gəlir, boyun-buxun, yaraşıq, baxırsan ki, ya tarixdən, ya ədəbiyyatdan zəifdir. O vaxtlar haradasa bu məqamlarda güzəştlərə gedilir, kömək edilirdi. Yaxşı olardı ki, istedada daha çox fikir verilsin. İndi görürsən qabiliyyət imtahandan keçir, ancaq testdən keçmir və istedad batır. Mənim aləmimdə gərək istedad birinci sırada olsun. Çünki istedadlar çox nadir olurlar. Məktəbi ola bilər 100 nəfər qurtarsın, amma onun içərisindən bir istedad çıxsın. Fitri istedadı olan insanları qəbul etməmək günahdır. Hər an istedad yaranmır, doğulmur. Teatrımızda istedadlı gənclərə böyük ehtiyac var, çalışmaq lazımdır ki, onları bura cəlb edək. Ancaq gəlsin eyni səpkili rollar oynasın, bu, düzgün deyil. Bəzən görürsən ki, qırmızı diplomla bitirir, ancaq danışıq qabiliyyəti yoxdur.
- Nə zamana qədər köhnə filmlərimizə baxıb köks ötürəcəyik?
- Mən bu barədə çox danışmışam. Amma oturub düşünmək ki, o zaman belə filmlər var idi, indi yoxdur, belə deyil. İki il bundan əvvəl Elçin Musaoğlunun ekranlaşdırdığı “40-cı qapı” filmində epizodik rola çəkildim. Rolun böyüyü, kiçiyi yoxdur, aktyorun böyüyü kiçiyi var. Hətta bu rola görə Hüsü Hacıyev küçəsindəki papaqçının yanına gedib onunla söhbət etdim. Bu filmə müxtəlif münasibətlər oldu. O film çoxsaylı mükafatlara layiq görülüb. Tamaşaçı var ki, indiki verilişlərdən zövq alır, ancaq mən almıram. Əgər tamaşaçılar bu verilişlərdən nəsə götürürlərsə, mən heç nə deyə bilmərəm, amma buna inanmıram. Hər verilişə gedən aktyor adiləşir, gərək hər bir verilişin öz üslubu, xüsusiyyəti olsun. Mən on illərlə qazandığım hörməti hansısa qonorar əvəzinə yerə vura bilmərəm. Bu yaxınlarda mənə AzTV-dən təklif gəldi, pis veriliş deyildi, ancaq mən bu cür tələm-tələsik, gündə 10-15 veriliş çəkməklə razılaşmadım. Əvvəlcə razılıq verdim, sonra çəkiliş günü mənə deyəndə ki, biz bir gündə 10 veriliş çəkəcəyik, etiraz etdim. Bir gün ərzində 10 veriliş çəkmək olar? Rejissorun özünə də dedim ki, bir anlıq təsəvvür elə bunlar uşaqdır, arada səhv, çaşmaq da olacaq. Axı mən efirə çıxanda tamaşaçı bilmir ki, buna bir günə çəkilmişəm, yoxsa 10 veriliş bir günə çəkilib. Mən tamaşaçı qarşısında məsuliyyət hiss edirəm. Sabah tamaşaçı mənə deməz ki, utanmırsan, əzbərləmisən sözləri, çıxmısan ekrana?! Mənim bir kəlmə yanlış sözüm min uşağı yolundan azdıra, çaşdıra bilər. Sənətdə yaşlı, orta, cavan yoxdur. İstedadlı və istedadsız var. İstedadlı gəncliyə baxıb ləzzət alıram.
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmiri yekunlaşmaq üzrədir və artıq yeni mövsümdə yeni binada fəaliyyətə başlayacaqsınız. Tamaşaçılar da bu yenicə təmirdən çıxmış və müasir standartlara cavab verən səhnədə layiqli tamaşalara baxmaq istəyir.
- Mən bu yaşımda istəmərəm ki, tamaşaçı teatrdan zövq alsın? Bunu çox istəyirəm və arzulayıram. Teatr istifadəyə veriləndən sonra tamaşaçı axın-axın gələcək. Bir dəfə, iki dəfə təmirə baxacaq, üçüncü dəfə sənət əsəri axtaracaq. Bina öz yerindədir, qəşəngdir, gözəldir, amma bizim borcumuz orada əla tamaşalar göstərməkdir. Çünki o cür binada pis tamaşa göstərməyə ixtiyarımız yoxdur. Bizə gülərlər ki, bu boyda xərcdən sonra nəticə budur? Gözəl dramaturji əsərlər istəyirəm. Gözəl rejissorlar istəyirəm. Rəhbərimiz xaricdən rejissorlar dəvət edəcəyini deyib. Buna kim sevinməz? Əgər bu sözü deyirsə bu adam, o zaman dili var, dilçəyi də var. Mənim üçün o kürsüdə kimin oturmasının fərqi yoxdur, tamaşalarımızın yaxşı olması, sevilməsi əsas şərtdir. Təmirdən əvvəl teatrımızın qarşısında dram sözü yazılmamışdı, amma o gün keçirdim yanından, baxdım ki, artıq Azərbaycan Dövlət Milli Akademik Dram Teatrı yazılıb. Biz bunu həmişə səhv kimi qəbul edirdik. O cür binada pis tamaşa göstərmək günahdır. Deyilənə görə, gözəl aparaturalar, işıq effektləri var, səhnəyə nə lazımdırsa hər şey alınıb. İndi əsas şərt sənətə məhəbbətdir. İlk növbədə rol bölgüsü düzgün aparılmalıdır, çünki doğru-düzgün rol bölgüsü tamaşanın müvəffəqiyyətinin 50 faizidir. Bu rolun ifaçısı teatrda ola-ola başqa bir istedadsızı gətirmək lazım deyil. Yaxşının yaxşısını cəlb etməlisən. Ürəyimdə qalan çox rollar var. Tamaşaçı öz içində olan sualları haradasa eşitməyə və cavab tapmağa həsrətdir. Bu cür tamaşalar hazırlamaq lazımdır. Uşaq vaxtı tar dərnəyinə gedirdim, mənə tar da bağışlamışdılar. Təsadüf nəticəsində gəldim tamaşaya baxdım, gördüm aktyorlara əl çalırlar, düşündüm bu nə gözəl şeydi. Birdən-birə tarı atdım və getdim Uşaq Dram Dərnəyinə. Mənim həyatımı ədəbiyyat müəllimimin bir kəlməsi dəyişdirdi. Teatr həmişə var və olacaq da. Amma biz istəyirik ki, daha da yaxşı olsun.
- Hansısa bir tamaşa və ya kino çəkilişi zamanı rejissora müdaxiləniz olub?
- Bəzi rejissorlar var ki, səndən o təklifi alır, etiraz edir ki, olmaz, amma həmin tamaşada üç-dörd gündən sonra o təklifi müxtəlif variantda istifadə edir. “Yeddi oğul istərəm” filminin çəkilişi zamanı Bəxtiyarın Humayı döydüyü səhnəyə kənarda dayanıb baxırdıq, ssenaridə də bizim müdaxiləmiz yox idi. Birdən beynimə gəldi və Tofiq Tağızadəyə dedim ki, bu kişilikdən deyil axı, Bəxtiyar Humayı döyür, biz də hamımız dayanıb tamaşa edirik. Dedi nə təklif edirsən? Dedim heç olmasa birimizdə qeyrət olsun ki, gəlib Bəxtiyarı saxlayaq. Cavab verdi ki “motor, syomka” deyəndə edərsən. Çəkiliş zamanı düşdüm atdan, gəldim atının cilovundan yapışdım ki, Bəxtiyar, Bəxtiyar neynirsən? Həmin an Bəxtiyarın atının dişi gəlib dəydi burnumun üstünə və başladı qan axmağa. Bu təklifimi rejissor qəbul elədi, çünki təklif ağıllı və təbii təklif idi.
- Avtomobildən istifadə etmirsiniz. Bunun səbəbi maddi çatışmazlıqla əlaqədardır, yoxsa marağınız olmayıb?
- Öz sənətimə o qədər böyük məhəbbətim var ki, başqa hobbilərim olmayıb. Prezident təqaüdü alıram. Əvvəlki illərlə müqayisədə şükür edirəm. Əgər bu olmasaydı, mən həqiqətən də əziyyət çəkərdim. Çünki teatrdan başqa qazanc yerim yoxdur. Gedənlər özləri bilər, ancaq mən toylara tamada gedən aktyorlardan deyiləm. Mən heç zaman bu yola əl atmamışam, heç istəməzdim digərləri də o cür qazansınlar. Çünki aktyor gərək hər zaman öz səviyyəsini saxlasın. Tofiq Kazımov aktyoru tez-tez ekranda görəndə xoşuna gəlməzdi, çünki aktyor daha çox səhnədə olmalıdır. Ekran həqiqətən də insanı həm qaldıra, həm də endirə bilir. Gərək mətbəxə girməyəsən, heç kimi buraxmayasan. Məni də “Etiraf” verilişinə çağırıblar, amma getməmişəm...

İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb