Türkiyəli muzey sahibi: “Azərbaycanla Türkiyəni sənət birləşdirməlidir” – MÜSAHİBƏ
- Mən 50 ildən bəri sənəti tədris edirəm. 40 il əvvəl qravüra emalatxanası yaratmışdım. Orada təkcə özüm yox, Türkiyənin tanınmış rəssamları da çalışırdılar. Getdikcə tələb artdı və türk sənətinin indi həyatda olmayan bir çox siması emalatxanın imkanlarından istifadə etdi. Biz o rəssamlardan pul almırdıq, onlar bizə əsər verirdilər. Biz isə o əsərləri qravüraya köçürürdük. Beləliklə, bizim əlimizdə Türkiyənin ən böyük rəsm kolleksiyası yarandı - təxminən 2000 əsər. Sonradan bu əsərlər emalatxanaya sığmadı və mən muzey yaratmağı qərarlaşdırdım. 25 əvvəl aldığım bu torpağın üstündə Türkiyədə ilk dəfə bir qravüra muzeyi tikdik. Muzeyin adı İMOGA-dır (İstanbul Museum of Graphic Arts). Həm emalatxananı buraya gətirdik, həm də əlimizdəki əsərləri burada nümayiş etdirməyə başladıq. Muzeyin binası 6 mərtəbəli, sahəsi 3 min kvadratmetrdir. Muzeyimizə hər il 35 min nəfər adam gəlir. Muzeyi ziyarət edənlərdən pul almırıq. ABŞ və Kanadada sərgilər keçirdik. Mən özüm dünyanın bir çox yerində sərgi açıram. İMOGA dünyadakı 5 grafik sənət muzeyləri arasında öncül yerdədir.
- Muzeyi yaradarkən dövlətdən dəstək aldınızmı?
- Bu günə qədər dövlətin bu cür işlərə dəstək verməsinə rast gəlməmişəm. Binanın bütün xərclərini mən çəkmişəm. Dövlət bizim işıq, su, qaz məsrəflərimizi belə ən yüksək qiymətdən alır.
- Türkiyənin dünyada yaxşı tanınan sənətkarlarından birisiniz. Qravüra metodlarınız Qərb ölkələrinin universitetlərində tələbələrə öyrədilir. Böyük müəllimlik və idarəçilik təcrübəniz var. Bunlarla bağlı bizə ətraflı məlumat verə bilərsinizmi?
- Mən bir çox beynəlxalq bienalda mükafatlar alan sənətkaram. O bienallarda mənim bir çox əsərim satılıb. Türkiyədə yüzlərlə sərgi açmışam. 2011-ci ildə sənətdəki 50 illiyimi qeyd edəcəyəm. Bu münasibətlə bir neçə böyük sərgi açacağam. Mən bir neçə universitetin incəsənət fakültəsini qurmuşam, oralarda dekan olmuşam. Yaratdığım bir neçə sənət emalatxanası var. Türkiyədə sənətin tədrisi üçün çox vaxt həsr etmişəm. Ancaq sənətkar şəxsiyyətim həmişə mənim idarəçi şəxsiyyətimin önündə olub. Çünki sənətkarın həyatı öləndən sonra da davam edir. Həyatda qalacaq olan işlər mənim əsərlərimdir. Muzeyin qayəsi də bundan ibarətdir. Biz buradan rəsmlər sataraq muzeyi yaşadırıq. Əda və Əlvan adlı iki qızım var. Onlar mənim ən böyük dəstəkçilərimdir. Muzeydə 7 nəfər işləyir. Biz özünü yaşadan muzey yaratmışıq, bunun da dünyada başqa örnəyi yoxdur.
- Beynəlxalq əlaqələri olan bir sənətkarsınız. Azərbaycanla da yaxın əlaqələrinizin olduğundan xəbərim var. Azərbaycanda ilk dəfə nə vaxt olmusunuz?
- 90-cı illərin axırında gənc Azərbaycan və Türkiyə rəssamlarının müsabiqəsi keçirilərkən jüri üzvü kimi Bakıya getmişdim. Beynəlxalq bienallar və sərgilərdə Azərbaycan, rus, türkmən, qazax, qırğız rəssamlarla tanış oldum. Tahir Salahov, Fərhad Xəlilov mənim yaxın dostlarımdır. Bu adamlar beynəlxalq miqyasda çox yaxşi tanınırlar.
Azərbaycan bizim öz vətənimiz kimidir. Mən Türkiyə-Azərbaycan münasibətlərinin fövqəladə dərəcədə yaxşı olmasını istəyirəm. Bəzən siyasətçilər aramızı vurur. Azərbaycanda dostlarımıza demişdim ki, biz eyni soydan gəlirik. Düşüncələrimiz, mədəniyyətimiz bir-birinə çox oxşayır. Sənət bizi birləşdirməlidir. Muzeyimizdə dünyanın ən böyük ekslibris kitabxanası mövcuddur. Oradakı 15 min əsərin arasında Azərbaycandan sadəcə bir sənətkarın bir neçə əsəri var. Mən buna çox üzülürəm. Bax, Rusiyanın 6 ekslibris qovluğunun hamısı doludur, Azərbaycana ayırdığım yeganə qovluqda isə cəmi 4 əsər var. Azərbaycanda sənətkarların yaxşi təhsil aldığını bilirəm. Yaxşi rəsm çəkmək və ya yaxşı təhsil almaq dünya bazarında yer tuta bilmək üçün kifayət etmir. Biz əsərlərimizi dünya bazarına çıxara bilmək üçün birlikdə hərəkət etməliyik. Dünya muzeylərinə əsər sata bilmək üçün əl-ələ verməliyik. Hər şeyi dünya starndartlarında düşünməliyik. Yaxşı menecerlərimiz olmalıdır. Biz öz qabığımızın içində yaşayırıq. Nə qədər yaxşı əsərlər yaratsaq da, dünya bazarında onları müştərilərə təqdim edə bilmirik. Bunun üçün səylərimizi birləşdirməliyik.
- 50 illik sənət yubileyinizə Bakıdakı dostlarınızı dəvət etmək istərdinizmi?
- Məmnuniyyətlə. Onlar mənim dostlarımdır. Həmişə Türkiyədə görməyə şad olaram. Mənim qonağım kimi gəlsinlər. Onlarla bir yerdə olub söhbət etmək mənim üçün böyük zövqdür.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır