Müəllif Hüquqları və Əqli Mülkiyyət günləri qeyd olunacaq
13 aprel 2007 15:22 (UTC +04:00)
Respublika Müəllif Hüquqları Agentliyində Beynəlxalq Müəllif Hüquqları Günü və Beynəlxalq Əqli Mülkiyyət Günü ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Bu barədə APA- ya Müəllif Hüquqları Agentliynin direktor müavini Oqtay Səmədov məlumat verib. Hər il aprel ayının əvvəlində Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının rəhbəri Kamil İdris dünya ictimaiyyətinə müraciət edərək, hamını əqli mülkiyyətin qorunmasında yardımçı olmağa çağırır. Aprelin 23-ü Beynəlxalq Müəllif Hüquqları günü, aprelin 24-ü isə Beynəlxalq Əqli Mülkiyyət Günü kimi ölkəmizdə qeyd olunacaq. Professor Yaqub Mahmudova Dağlıq Qarabağın tarixinə həsr olunmuş kitabına görə, Qulu Məhərrəmlinin silsilə televiziya proqramlarına, Baba Vəziroğlu ilə Kamalın Heydər Əliyevin xatirəsinə həsr olunmuş mahnısına, Arif Paşayevin elmi əsərlərinə, Əli Əmirlinin seçilmiş əsərlərinə aprelin 24-də müəlliflik şəhadətnaməsi veriləcək. Həmin gün axşam isə bir sıra müəlliflərə fəxri fərmanlar təqdim olunacaq. Aprelin 24-ü həm də Müəllif Hüquqları Agentliyinin yeniləşmiş internet saytının təqdimatı keçiriləcək. /APA/
İncəsənət
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024
Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO
10:00
4 may 2024