Moskvanın “Yeni opera” teatrında Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçiriləcək
16 aprel 2007 08:37 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimi “Yeni opera” teatrında incəsənət ustalarının iştirakı ilə baş tutacaq. Mədəniyyət günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti Rusiya paytaxtında səfərdədir. Mədəniyyət günləri çərçivəsində Moskva Müasir İncəsənət Mərkəzində Azərbaycanın əks olunduğu foto sərgi açılacaq, “Azərbaycan cazı: Nəsillərin dialoqu” adlı caz konserti, Dövlət Pantomima Teatrının “Kosa və Moritto” tamaşasının nümayişi təşkil olunacaq. Moskvada Azərbaycan mədəniyyət günləri aprelin 19-da yekunlaşacaq. Sentyabrda isə Azərbaycanda Moskva mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. /APA/
İncəsənət
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024