Bank Of Baku

Karikaturaçı Bayram Hacızadənin çəkdiyi əsər Kubada keçirilən müsabiqədə birinci yerə layiq görülüb

Karikaturaçı Bayram Hacızadənin çəkdiyi əsər Kubada keçirilən müsabiqədə birinci yerə layiq görülüb
# 24 aprel 2007 13:25 (UTC +04:00)
Karikaturaçı Rəssamlar Birliyinin sədri, rəssam Bayram Hacızadə Kubada keçirilən Latın Amerika ölkələri Jurnalistlər Birliyinin təşkil etdiyi XV beynəlxalq karikatura müsabiqəsində I yerə layiq görülüb. Bu barədə APA-ya məlumat verən Bayram Hacızadənin sözlərinə görə, müsabiqədə iştirak edən rəssam Bulud Qasımovun əsəri xüsusi mükafata sahiblənib. Karikaturaçılarımız həmçinin Suriyada keçirilən III beynəlxalq karikatura müsabiqəsində də təmsil olunublar. 57 ölkənin 300-dən artıq rəssamının 1071 əsərinin qatıldığı müsabiqədə Karikaturaçı Rəssamlar Birliyinin 12 üzvü iştirak edib. Müsabiqədə Bayram Hacızadənin əsəri xüsusi mükafata layiq görülüb. Hazırda karikaturaçılarımız mayda Türkiyədə keçiriləcək “Aydoğan” karikatura müsabiqəsinə hazırlaşırlar. Yaxın vaxtlarda rəssamlar Xorvatiya və Almaniyada təşkil olunacaq beynəlxalq müsabiqələrdə də ölkəmizi təmsil edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR